Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:52 | 16 sentyabr 2024 | Bazar ertəsi
Məqaləyə 618 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Prezidenti Vladimir Putinin fərmanıyla Rusiya silahlı qüvvələrinin şəxsi heyəti 2 milyon 389 min nəfərə qədər artırılıb. Bununla Rusiya ordusunda hərbi qulluqçuların sayı 180 min nəfər artırılaraq 1,5 milyon nəfərə çatdırılıb. 9 ay əvvəl Rusiya ordusunun şəxsi heyətinin sayı 170 min nəfər artırılaraq, 2 milyon 209 min 130 nəfərə çatdırılmışdı.
Bu rəqəmlər Rusiyanın Ukrayna müharibəsində itklərindən və itkilərin yerini yeni hərbçilərlə doldurmasından xəbər verir. Bu müharibə rusiyalı hərbçilərin kütləvi ölüm yerinə çevrilib. Kreml gəncləri müharibəyə cəlb etmək üçün onlara şirnikləndirici müqavilələr imzalatdırır. Bır sıra hallarda bu müqavilələr zorla və aldadılaraq imzalatdırılır. Kreml ölkə vətəndaşlarıyla yanaşı Rusiyada fəhləlik edən millətləri də ölümə göndərmək üçün hiyləgər plan reallaşdırır. Misal üçün Hindistandan Rusiyaya işləməyə gedən hindliləri aldadaraq əllərinə silah verib müharibə bölgəsində göndərmişdilər. Onlardan neçəsi öldü. Sağ qalan hindlilər Hindistan hökumətinə müraciət edərək onları bu ölümdən xilas etməyə çağırdılar. Narendra Modi üçüncü dəfə Hindistanın baş naziri seçilən kimi birinci Rusiyaya səfər edib Putindən xahiş etdi ki, aldadılan vətəndaşlarını geri qaytarsın. Putin Modinin xahişini yerinə yetirdi. Maraqlısı odur ki, Putin hindlilərin aldadılaraq müharibəyə göndərilməsinə görə kimin məsuliyyət daşımasını müəyyənləşdirmədi. Hazırda eyni durumla Azərbaycan vətəndaşları üzləşiblər. Çeçenistana işləməyə gedən bir qrup Azərbaycan vətəndaşına zorla sənəd imzalatdırıb Ukrayna ilə müharibəyə yollayıblar. Oxşar halların baş verəcəyini aylar öncə proznozlaşdırmışdım, bir neçə dəfə internet televiziyalardan vətəndaşlarımıza çağırışım olmuşdu ki, onları aldadıb və ya şirniklədirib ölümə göndərəcəklər. Azərbaycan Xarici İşlər Nazirliyinin və digər müvafiq qurumlarımızın Rusiyada yaşayan və işləyən həmvətənlilərə müraciəti olmalı, onları ölümün çaynağından qurtarmalıdırlar. Çünki belə hallar təkrarlanacaq. Kreml müharibəni dayandırmaq istəmədiyindən daima ölümə göndərməyə canlı qüvvə axtaracaq.