vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
17:59 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 2553 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ehtiyac yaranarsa, rus əsgərini çağırarıq»

Türkiyə ilə Rusiya arasında «S-400» razılaşması bu həftə imzalana bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu həftə «S-400» zenit-raket komplekslərinin alınması ilə bağlı Türkiyə ilə Rusiya arasında razılaşma imzalana bilər. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, bununla bağlı heç bir problem yoxdur.

«Kreditləşmə ilə bağlı razılıq əldə olunub. Detallar tamamlandıqdan sonra razılıq bəlkə bu həftə ərzində imzalandı», - Çavuşoğlu bildirib.

««S-400» raketdən müdafiə sisteminin istifadə mexanizminə gəlincə, buna ehtiyac duyulursa Rusiya hərbçilərini çağıra bilərik. Bu texniki məsələdir və Rusiya əsgərinin Türkiyə ərazisinə daxil olması anlamına gəlmir».

Qeyd edək ki, ilkin olaraq Türkiyə kredit yolu ilə Rusiyadan 4 ədəd «S-400» alacaq. Layihənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edəcək.

Digər tərəfdən Rusiya Türkiyəyə satacağı «S-400»lərin istifadə mexanizmini özündə saxlayacağı barədə şərt qoyub.