«Qəddar, korrupsioner»
Trampdan İran hakimiyyətinə sərt sözlər
Günay RƏSULQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
İranda yaşanan hadisələri yaxından izləyən Amerika prezidenti Donald Tramp yenidən İran rejimini hədəf alıb. Tramp şəxsi «Twitter» hesabında baş verən hadisələrə reaksiya verib. O, «İran xalqı nəhayət qəddar və korrupsioner İran rejiminə qarşı hücuma keçdi!» yazaraq Iran hakimiyyətini kəskin tənqid edib.
D.Tramp paylaşımında ABŞ-ın eks-prezidenti Barak Obamanı da hədəf alıb.
«Obamanın axmaqcasına verdiyi bütün pulların hamısı terrorizmə getdi. Xalqın yeməyə çox az şeyi var, inflyasiya yüksək həddədir və insan haqları yoxdur. ABŞ sizi izləyir!» deyə yazıb.
ABŞ prezidenti bundan əvvəl də etirazlardan danışarkən İranda dəyişiklik vaxtının çatdığını bəyan etmişdi.
Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.
Məşhəddə başlayan aksiyaların iştirakçıları qiymətlərin artırılmasına etiraz edirlər. Ölkə rəsmiləri İran hökumətinin ölkə vətəndaşlarının ehtiyac və problemlərini həll etmək üçün əlindən gələni etdiyini və edəcəyini açıqlayıblar.
Son məlumatlara görə, kütləvi aksiyalar nəticəsində 23 nəfər ölüb, 500-dən çox adam saxlanılıb.