Tramp müəllimləri silahlandırmağa çağırdı
ABŞ prezidenti silah satışına nəzarəti gücləndirməyi vəd edib
Əvəz ZEYNALOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
ABŞ prezidenti Donald Tramp Florida məktəbində törədilən qətliamla bağlı çıxışında müəllimlərin silahlandırılması təklifi ilə çıxış edib. Ağ Ev rəhbəri eyni zamanda artan silahlı insidentlər fonunda silah satışına olan dövlət nəzarətini gücləndirməyi vəd edib.
Fevralın 21-də Ağ Evdə baş tutan görüşdə eyni zamanda öldürülmüş uşaqlardan birinin atası iştirak edib.
Tramp silah əldə etməyə çalışan vətəndaşların sənədlərinin və tərcümeyi-hallarının hərtərəfli şəkildə yoxlanılması ilə bağlı aidiyyəti qurumlara tapşırıqların veriləcəyini bildirib.
Hər şeydən əvvəl, müştərilərin psixiki sağlamlıq durumları nəzərə alınacaq. ABŞ prezidenti bəzi müəllimlər üçün silahdan istifadə qaydaları ilə bağlı treninqlərin təşkil olunmasını təklif edib.
Trampın sözlərinə görə, bu müəllimlərin məktəbə potensial silahlı hücum zamanı müqavimət göstərmək və hücumu dəf etmək üçün vacibdir.
Xatırladaq ki, fevralın 14-də Floridanın Parklend şəhər orta məktəbində gənc tərəfindən törədilmiş qətliam azı 17 nəfərin həyatına son qoyub. Atəş açan şəxs polis tərəfindən həbs olunub. ABŞ mediası onun 19 yaşlı Nikolaz Kruz olduğunu bildirir.
Terror hücumundan sonra məlum olub ki, hələ yanvarın əvvəli anonim şəxs Federal Təhqiqatlar Bürosuna zəng edərək, Kruzun sosial şəbəkələrdə qəribə ismarışları və məktəbdə qətliam törətmək planları barədə xəbər edib.
Zəng edən şəxs eyni zamanda gəncdə odlu silahın olduğunu diqqətə çatdırıb. Habelə bu məlumatlara baxmayaraq, hüquq mühafizə orqanları silahlı insidentin qarşısını almaq üçün heç bir addım atmayıblar.