Fars-molla rejiminin böhtan siyasəti
«İranda hicaba etiraz edən qadınları «fahişəlikdə» ittiham edirlər»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
-
Nyu-York bandası iş başında
Yaxud İranın rejim rəhbərin taktikası ilə maraqları arasında
-
G7-dən İrana qınaq
“Beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”
«The Daily Mail» qəzeti İran polisinə istinadən yazır ki, bu ölkədə hicablarını ictimai yerlərdə açaraq etiraz etdiklərinə görə həbs olunmuş qadınları «fahişəliyi yaymaq» ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edə bilərlər.
Məqalədə deyilir ki, İranın hakimiyyət orqanları 1979-cu ildən bəri ölkə boyunca məcburi hicaba qarşı daha cəsarətli şəkil alan etiraz zəncirini dayandırmağa çalışır.
Ötən iki ay ərzində təkcə Tehranda 35 qadın həbs olunub. Bəzi xəbərlərə görə, həbs olunanlara işgəncə verilir.
«Amnesty International» təşkilatının məlumatına görə, həbs olunmuş etirazçılardan azı ikisinə - Nərgiz Hüseyniyə və Şahpərək Şəcərizadəyə qarşı «əxlaqsızlığı və fahişəliyi yaymaq» ittihamı irəli sürülüb.
Şəcərizadə ötən çərşənbə günü həbs edilib və deyilənlərə görə, onu həbsxanada döyüblər.
Fəalların verdiyi məlumata görə, ona həbsxana rəsmiləri tərəfindən iynə ilə «naməlum maddə» vurulub.
Xanım Hüseyni bir aydan çoxdur ki, həbs edilib. Onun həbsxanadakı durumu naməlum qalır.
Əgər «əxlaqsızlıq və fahişəlikdə» təqsirli bilinsələr, onları 10 ilədək həbsxana cəzası gözləyə bilər.
«Amnesty International» bildirir ki, hicaba etiraz edən qadınları başqalarına görk olmaq üçün həbs edirlər.
«Amnesty International» təşkilatının bəyanatında deyilir ki, İran hakimiyyəti məcburi hicab qaydası ilə onilliklər ərzində qadınların hüquqlarını pozub.
Təşkilat hicaba etiraza görə həbs edilmiş qadınların dərhal və qeyd-şərtsiz azad olunmalarını tələb edib.
Artıq mediaya «hicab inqilabı» adı ilə düşmüş bu hərəkata, bir uşaq anası, 31 yaşlı Vida Movahed başlayıb. Onun dekabrın 27-də baş örtüyünü açaraq ondan bayraq düzəltməsini göstərən foto dünya qəzetlərinin səhifələrini dolaşıb.
Sosial mediada yayılmış videolarda Movahedi ağ baş örtüyünü ağ bayraq kimi yellədir.
«İnqilab küçəsinin qızı» adını qazanmış Movahedi ötən həftəsonu sərbəst buraxılıb.
Belə görünür ki, hakimiyyət «inqilab qızının» harada olması barədə suallardan çəkinərək belə bir addım atıb.
İran fəalları «Twitter»də «o hardadır» həştəqli kampaniya aparırdılar.
Hicaba etiraz edən qadınları ABŞ da daxil dünyanın bir çox yerlərində keçirilən nümayişlərdə müdafiə edirlər.
İranda 1979-cu ildən bəri qüvvədə olan geyim məcəlləsinə görə, yaşı 13-dən çox olan qızların başlarını və bədənlərini örtməsi nəzərdə tutulur.
Bu qaydanın pozulmasına görə cərimə təqribən 25 dollardır. Bəzi hallarda 2 ay həbsxana cəzası da verilə bilər.
2013-cü ildən bəri hakimiyyətdə olan prezident Həsən Ruhani bir çox sərt islami qaydaların, o cümlədən məcburi hicab qaydasının yumşaldılmasına çağırıb.
İranda qadınların hicab qaydalarına riayət etmələrinə «əxlaq polisi» göz qoyur.
Bu barədə dəqiq statistika olmasa da, İran yol polisi 2015-ci ildə hicab qaydalarının 40 min dəfə pozulduğunu xəbər vermişdi.