vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
10:58 | 13 fevral 2014 | Cümə axşamı Məqaləyə 2092 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama məhkəməyə verildi

«Bu işin ABŞ Ali Məhkəməsinə qədər gedib çıxacağını gözləyirəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Senator Rend Pol çərşənbə günü ABŞ Prezidenti Barak Obamanı vətəndaşların telefon zəngləri haqqında məlumatın toplanması zamanı qanun pozuntularına görə ittiham edərək məhkəməyə verib. Cavabdehlər kimi iddiada ABŞ milli kəşfiyyatının rəhbəri Ceyms Klepper, eləcə də Milli Təhlükəsizlik Agentliyinin direktoru Keyt Aleksanderi və FTB-nin rəhbəri Komi Ceymsin adları da yer alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İTAR-TASS xəbər yayıb.

İddiada göstərilir ki, «2006-cı ildən qüvvədən olan telekommunikasiya şirkətlərinin müştərilərinin şəxsi məlumatlarının toplanması haqqında proqram ABŞ Konstitusiyasına dördüncü düzəlişi pozur».

Rend Pol bəyan edib: «Bu işin ABŞ Ali Məhkəməsinə qədər gedib çıxacağını gözləyirəm və qabaqcadan deyirəm ki, Amerika xalqı qalib gələcək».

Şikayətçinin iddiasına görə, onun əsas məqsədlərindən biri ABŞ-ın ali məhkəmə instansiyası tərəfindən dördüncü düzəlişin mənasının müasir izahının verilməsidir. Senator əmindir ki, «nəticədə Ali məhkəmə dördüncü düzəlişin nə demək olduğunu müəyyən edəcək».