Ermənistanda hakimiyyət savaşı
Düşmən ölkədə Qarabağ klanı siyasi səhnədən gedirmi...
Etibar SEYİDAĞA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
Ermənistan yeni konstitusiya ilə formal olaraq prezident respublikasından parlament üsul-idarəçiliyinə keçib. Martın 2-də parlament tərəfindən seçilən yeni prezident vəzifəsinin icrasına aprelin 9-dan sonra başlayacaq. Yeni konstitusiyaya görə, prezidentin səlahiyyətlərinin əksər hissəsi aprelin 2-də seçiləcək baş nazirə keçəcək. İcra hakimiyyətinə bundan sonra baş nazir rəhbərlik edəcək. Az qala simvolik vəzifəyə çevrilən prezident postuna yeni seçilmiş Armen Sərkisyan Ermənistandandır.
Hazırkı baş nazir Karen Karapetyan da Qarabağdan deyil və onun aprelin 2-dən sonra da işğalçı ölkənin baş naziri postunu əldə saxlamaq istədiyi barədə məlumatlar yayılıb. Ermənistana 20 ildir ağalıq edən Qarabağ klanının başında hazırda prezident Serj Sərkisyan dayanır. Ermənistan mediasında yayılan xəbərlərə və şərhlərə görə, Serj Sərkisyanın baş nazir olaraq aprelin 2-dən sonrakı dövrdə də ölkəyə rəhbərlik etməsinin qarşısını Qarabağ klanına qarşı olan qüvvələr almaq istəyir. Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyasının hələ də baş nazir vəzifəsinə namizədini elan etməməsini səbəblərinin birinin də bu olduğu deyilir. Ermənistanda baş naziri parlamentdə səs üstünlüyünə malik partiya irəli sürməlidir. Respublika Partiyası səs üstünlüyünə malik olsa da baş naziri seçmək və hökuməti formalaşdırmaq üçün yetərli saya malik deyil. Ona görə də parlamentdəki digər partiyalardan biri ilə koalisiyaya getməlidir. Ermənistana Rusiya tərəfindən ezam olunan indiki baş nazir Karen Karapetyan həm də Respublika Partiyasının sədr müavinidir. Onunla Serj Sərkisyan arasında ziddiyyətlərin olduğu da erməni mediasında yazılır. Bildirilir ki, K.Karapetyan Rusiyaya, baş nazir vəzifəsinə və partiyada ikinci şəxs olmasına arxalanaraq postunu Serj Sərkisyana güzəştə getmək istəmir.
Bəs Serj Sərkisyanın partiyasının hələ də onun baş nazirliyə namizədliyini irəli sürməməsi onun baş nazir olmayacağı ehtimalını yaradırmı? Qarabağ klanı işğalçı ölkədə siyasi səhnədən gedə bilər?
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Serj Sərkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməməsi Ermənistanın yeni konstitusiyasından irəli gələn hüquqi prosedurlarla bağlıdır. Prezident Serj Sərkisyanın səlahiyyət müddəti aprelin 9-da bitir. Prezidentin səlahiyyət müddəti bitənədək gələcək baş nazirin kimliyi ilə bağlı müəmma boşluğunu doldurmaq üçün Ermənistanın hakim partiyası qanunvericilik təşəbbüsü ilə çıxış edir.
Daha doğrusu, Serj Sərkisyanın partiyası «Hökumətin strukturu və fəaliyyəti haqqında» qanunun müzakirəsini məqsədyönlü şəkildə indiyə saxlayıb: «Bəllidir ki, sözügedən qanun qəbul olunmadan baş nazir postuna namizədlərin irəli sürülməsi mümkün olmayacaq. «Hökumətin strukturu və fəaliyyəti haqqında» qanun və hökumətin fəaliyyətini tənzimləyəcək digər qanun layihələri martın 6-da birinci oxunuşda müzakirəyə çıxarılıb. Çox güman ki, qanun layihələrinin müzakirəsi 2-ci və 3-cü oxunuş da daxil olmaqla, aprelin 9-dək uzadılacaq. Qanun layihələri qəbul olunanda isə həm Serj Sərkisyanın səlahiyyət müddəti başa çatacaq və dərhal da onun baş nazir postuna namizədliyi irəli sürüləcək. «Hökumətin strukturu və fəaliyyəti haqqında» Qanuna əsasən Ermənistan hökumətini baş nazir, baş nazirin birinci müavini də daxil olmaqla üç müavin və 17 nazir təşkil edəcək. Təhlükəsizlik Şurasına da baş nazir rəhbərlik edəcək».
Politoloq vurğuladı ki, Ermənistanda hazırda prezident parlament tərəfindən seçilir və simvolik olaraq konstitusiyaya nəzarət funksiyasını yerinə yetirir. Yəni parlamentin seçdiyi prezident Armen Sərkisyan heç bir ciddi səlahiyyətə və hökumətə təsir imkanlarına malik deyil. Bu isə o deməkdir ki, Ermənistanda Qarabağ klanının hakimiyyətdən getməsi barədə fikirlərin heç bir əsası yoxdur.