vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
11:36 | 12 avqust 2018 | Bazar Məqaləyə 2183 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp məxfi sənədi yeyib?

Sabiq köməkçisi ABŞ prezidentini biabır etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın sabiq köməkçisi Omarosa Maniqol-Nyuman xatirələr kitabında bir dəfə Trampın məxfi sənədi çeynəyərək udduğunu gördüyü barədə söz açıb.

Bu barədə sözügedən kitabın bəzi hissələri sərəncamında olan “Washington Post” nəşri məlumat yayıb.

Maniqol-Nyuman yazır ki, 2017-ci ildə vəkili Maykl Koenlə Ağ Evdə görüşdən sonra Trampın vərəqi çeynədiyini görüb.

“Onun kağızı ağzına qoyduğunu gördüm... O, bakteriyalardan çox ehtiyatlandığı üçün, kağızı çeynəyib udmasına təəccübləndim. Yəqin ki, bu çox məxfi sənəd idi”, - Maniqol-Nyuman kitabında yazıb.

“Washington Post” qeyd edib ki, Ağ Evin əməkdaşları müəllifin iddialarını təkzib ediblər.

“Sərsəmləmiş: Trampın Ağ Evindən baxış” kitabı ABŞ-da avqustun 14-də satışa çıxarılacaq.