vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
09:40 | 21 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 2772 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yunanıstan xilas oldu?

Afinanı 289 milyard borca salan xilasetmə paketi başa çatır

MÖVZU İLƏ ƏLAQƏLİ

Yunanıstanda 8 ildən çox müddətdir davam edən xilasetmə paketi proqramı bu gün rəsmi olaraq sona çatır. Buna baxmayaraq iqtisadi böhranın təsirləri və gələcəyə dair narahatlıqlar davam edir.

Maliyyə böhrana düşməsinin ardından borc içindəki Yunanıstanın, 2010, 2012 və son olaraq 2015-ci illərdə başlanmış üç xilasetmə paketi proqramı rəsmi olaraq bu gün başa çatır.

Avro Qrupunun sədri və Portuqaliyanın maliyyə naziri Mario Centeno, “Bu gün Yunanıstan 2010-cu ildən bu yana ilk dəfə öz ayaqları üzərində dayana bilir. Avropa Sabitlik Mexanizmi (ESM) proqramını əminliklə sona çatdırırıq”, açıqlamasını verib.

Centeno, bu vəziyyətin Yunan xalqının fövqəladə səyləri və Yunan hökumətilə Avropalı tərəfdaşlarının əməkdaşlığı sayəsində mümkün olduğunu qeyd edib.

EMM-dən verilən açıqlamada isə, 2015-ci ildə iflasın və Avro Zonasından çıxmağın kandarından dönən Yunanıstan ilə kreditorları arasında həyata keçirilən 86 milyard avroluq üçüncü və son xilasetmə paketinin 62 milyard avroluq qisminin də Yunanıstanın istifadəsinə təqdim olunduğu qeyd edilib.

Sözügedən dövrdə, Avropa Birliyi (AB), Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondundan (BVF) ibarət olan kreditorlar tərəfindən ümumilikdə 289 milyard avroluq kredit dəstəyi təmin edilib, Yunan hökuməti maaşların azaldılmasından tutmuş kapital nəzarətlərinə qədər "sərtkəmər sıxma" tədbirləri həyata keçirmək məcburiyyətində qalmışdı.

Xilasetmə paketi dövrü ərzində ölkənin illik milli məhsulu 25 faizdən çox “əridi”. Ölkədə 28 faizə çıxan işsizlik nisbəti  20 faizdən aşağı geriləsə də, hələ də Avro bölgəsində ən yüksək səviyyədə qalır.

Yunanıstan iqtisadiyyatı keçən ildən etibarən yenidən artmağa başlasa da yüksək büdcə öhdəlikləri  səbəbindən ölkənin maliyyə sabitliyinə dair narahatlıq mövcuddur.

Yunanıstan üçün bazarlardan borc cəlbi faizləri hələ də yüksək bir səviyyədədir. İqtisadiyyatı yaşadacaq qədər yüksək artım gözləntisi sual işarələri yaradır.

 

Mərkəzi bankindan islahat xəbərdarlığı

 

Yunanıstan Mərkəzi Bankının sədri Yannis Stournaras, “Kathimeri"ni qəzetinə verdiyi müsahibədə “kəmərsıxma" tədbirləri ilə bir çox problemin qarşısını alınsa da, yüksək dövlət borcu, batmış kreditlər, işsizlik və beyin köçü kimi problemlərin hələ də davam etdiyini söyləyib.

Stournaras, ölkənin öhdəliklərinə sadiq qalıb islahatlara davam etməsi lazım olduğunu bildirərək, “Əgər razılaşmalara əməl etməsək, bazarlar bizi tərk edər və vaxtı gələn borclarımızı davamlı bir şəkildə maliyyələşdirə bilmərik”, - ifadələrini istifadə edib.

İqtisadiyyatın daha rəqabətə davamlı bir hala gələrək düzəlməyə başladığına işarə edən Stournaras, “Ancaq, şübhəsiz, qarşıda hələ uzun bir yol var”, - deyib.