vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AVROPA  
23:56 | 16 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 209 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yunan ordusunda islahat

Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Yunanıstanın müdafiə naziri Nikos Dendias Silahlı Qüvvələrdə yenidən strukturlaşmanın olacağını açıqlayıb.

Bir monastırda keçirilən dini mərasimə qatılan Dendias burada etdiyi çıxışda “Silahlı Qüvvələrin tamamilə yenidən qurulacağı bir prosesə keçirik. Ölkənin qarşıdakı 20 il üçün bütün silahlanma proqramı bir neçə gün əvvəl Baş nazir (Kiryakos Mitsotakis) təqdim edildi. Daha sonra parlamentin müvafiq heyətinə təqdim ediləcək və axırda hökumətin Xarici Siyasət və Müdafiə Şurası tərəfindən təsdiqlənəcək”, – deyib.

İcbari hərbi xidmət dövründə və ehtiyatda olan hərbi sistemdə əhəmiyyətli dəyişikliklərin nəzərdə tutulduğunu bildirən Dendias sözlərini belə davam edib: “Biz 11 milyon əhalisi olan kiçik ölkəyik. Təhdidlərlə üzləşirik və bizə qarşı ən əsas iddia 100 milyona yaxın əhalisi olan ölkədən gəlir. Nəticədə ehtiyat hərbi elementdən istifadə etmədən, ölkə müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün hazır səviyyəyə çata bilmirik”.

Yunanıstana bənzər ölkələrdə hərbi quruluşun araşdırıldığını izah edən Dendias, dəyişiklikləri yeni ilə qədər açıqlamağı ümid etdiklərini qeyd etdi.

***

Yunanıstanda 19 yaşdan yuxarı kişilər üçün 12 aylıq məcburi hərbi xidmət var, lakin universitet təhsili kimi xüsusi hallarda hərbi xidmət təxirə salına bilər.

Yunanıstan Silahlı Qüvvələrində təxminən 90 min personal var ki, onlardan 30 mini məcburi hərbi xidmət keçən vətəndaşlardır.

Hərbi xidməti başa vuran bəzi şəxslər ölkədə müharibə və ya fəlakət hallarında ehtiyac yarandıqda hərbi xidmət göstərmək üçün 5-8 ildən bir 9 həftəyə qədər davam edən təlimlərə qoşulurlar.