vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
15:59 | 1 sentyabr 2018 | Şənbə Məqaləyə 1720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da yeni qalmaqal

Trampın jurnalistləri pulla susdurması faktları ölkəni qarışdırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın nüfuzlu “The New York Times” (NYT) nəşri prezident Donald Trampın “National Enquirer” qəzetinin siyasətinə müxtəlif üsullarla təsir göstərməsi ilə bağlı məqalə yayıb.

Məqalədə Ağ Evin indiki rəhbərinin öz nümayəndələri və tanışları vasitəsilə həmin mətbu orqanda özü ilə bağlı xoşagəlməz informasiyaların dərc edilməsinə əngəl törətdiyi qeyd olunub.

“NYT”-ın informasiyasına əsasən Tramp və onun keçmiş vəkili Maykl Koen “National Enquirer”in reportyorlarının sudurulması, habelə onlar tərəfindən aparılan araşdırmalar zmaanı üzə çıxarılan materialların pulla alınması üçün plan işləyib hazırlayıblar.

Məqalədə həmin materialların Trampın keçən əsrin 80-ci illərinə qədər fəaliyyətini əks etdiriən faktları özünə birləşdirdiyi yazılıb.

“National Enquirer”in sahibinin ABŞ prezidentinin uzun illər boyu dostluq etdiyi Devid Pekerə aid olan “American Media” qrupuna mənsub olması Trampın işini asanlaşdırıb.

“NYT” son 20 ildə Devid Pekerin qəzetində Tramp əleyhinə hər hansı kompromat xarakterli yazının getməsinə izn verilmədiyini bildirib.

Məsələn, bütün Amerika prezidentin pornoulduz Stormi Danielslə bağlı intim münasibətləri barədə yazanda Peker öz əməkdaşlarına bununla bağlı materialları yaymamağı tapşırıb.

Hətta Trampla əlaqədar elə faktlar olub ki, “National Enquirer” onu müstəsna hüquq kimi satın alıb və daha sonra həmin materialı məhv edib.

2016-cı ilin avqustunda “American media” “Playboy” erotik jurnalının fotomodeli Karen Makduqaldan müsahibə almaqdan ötrü 150 min dollar ödəyərək eksklüziv hüquqlar əldə edib. Karen Makduqal həmin jurnala Trampla intim əlaqələrindən danışmalı imiş. Bundan başqa, Pekerin firması Karen Makduqala öz jurnallarında onu fitnes üzrə ekspert kimi reklam olunacağını vəd edib.

Elə həmin vaxtdan bu yana “American media”da erotik fotomodelin Trampla bağlı hekayələri yaymayıb.

“NYT” “National Enquirer” qəzetinin prezident haqqında nə qədər material topladığı və onlardan neçəsini məhv etdiyi barədə tam məlumata sahib olmadığını bildirib. Lakin qəzet ABŞ hüquq-mühafizə orqanlarının və konqresmenlərin bu faktı da diqqətə alacaqlarına ümid etdiyini yazıb.