vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AMERİKA  
12:08 | 2 sentyabr 2018 | Bazar Məqaləyə 1887 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Konqres müdaxilə etməməlidir”

Tramp: “Kanadanın NAFTA-da saxlanılmasına ehtiyac yoxdur”

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp şənbə günü Şimali Amerika Azad Ticarət Razılığında (NAFTA) Kanadanın saxlanılmasına ehtiyacın olmadığını bildirib. Bununla bərabər, prezident Konqresə ticarət danışıqlarına müdaxilə etməməyi deyib və əks halda üçtərəfli paktı ləğv edəcəyi ilə xəbərdarlıq edib.

“Kanadanı yeni NAFTA sazişində saxlamağa heç bir siyasi ehtiyac yoxdur. Biz əgər onilliklər ərzində ABŞ-ın digərləri tərəfindən sui-istifadə olunmasına son qoya bilməsək, o zaman Kanada kənarda qalacaq”, – deyə Tramp öz “Twitter” hesabında yazıb.

Prezident əlavə edib ki, “Konqres danışıqlarda müdaxilə etməməlidir, əks halda mən NAFTA-nı bütövlüklə ləğv edəcəm və bununla da biz daha yaxşı vəziyyətdə olacayıq”.

Donald Tramp cümə günü Konqresə Meksika ilə ikitərəfli saziş imzalamaq niyyətində olduğu haqqında məlumat verib. Bu, NAFTA-nın yenilənməsi ilə bağlı Kanada ilə aparılan davamlı danışıqların bir nəticə verməməsindən sonra baş verib.

Qanunvericilər xəbərdarlıq ediblər ki, Kanada sazişdə olmadığı halda Meksika ilə ikitərəfli ticarət sazişi Konqresin dəstəyini əldə etməyə bilər. Bu cür sazişin Konqres tərəfindən təsdiq edilməsi üçün demokratların dəstəyinə ehtiyac olacaq.

Tramp bazar ertəsi bildirib ki, Kanada NAFTA-nın yenilənməsinə razılıq verməsə, o, Kanada istehsalı avtomobillərə tariflər tətbiq edəcək.