“Reuters”in müxbirlərinə 7 il həbs cəzası
Myanmada müsəlmanlara qarşı hücumlardan yazıqlarına görə ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Papadan hərbi xuntaya çağırış
Fransisk devrilmiş Myanma liderinə sığınacaq təklif edib
-
Myanmada korrupsiya ittihamı
Hərbi xunta onu devirən liderə qarşı cinayət işi açıb
-
«Ehtirama layiq deyil»
Myanma liderinin fəxri mükafatı əlindən alındı
-
Myanma məhkəməsi “Reuters” agentliyinin iki jurnalistini 7 il müddətinə azadlıqdan məhrum edib. TASS xəbər verir ki, bu məlumatı “Reuters” yayıb.
Bildirilib ki, onlar dövlət sirrinin yayılması haqqında qanunu pozmaqda təqsirli biliniblər.
Jurnalistlər 2017-ci il dekabrın 12-də saxlanılıblar. Onlardan biri 2016-cı ilin iyunundan, o biri isə 2017-ci ilin sentyabrından agentlikdə işləyirmiş. Hər iki reportyor Raxayn əyalətində müsəlmanlara edilən hücumlarla bağlı materiallar hazırlayırmış.
Qeyd edək ki, BMT Myanma hakimiyyətini müsəmanlara qarşı soyqırımda ittiham edib. Bu cinayət nəticəsində 10 mindən çox müsəlman qətlə yetirilib.