Myanmada korrupsiya ittihamı
Hərbi xunta onu devirən liderə qarşı cinayət işi açıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Papadan hərbi xuntaya çağırış
Fransisk devrilmiş Myanma liderinə sığınacaq təklif edib
-
“Reuters”in müxbirlərinə 7 il həbs cəzası
Myanmada müsəlmanlara qarşı hücumlardan yazıqlarına görə ...
-
«Ehtirama layiq deyil»
Myanma liderinin fəxri mükafatı əlindən alındı
-
Myanmanın keçən il hərbi xunta tərəfindən devrilən lideri Aun San Su Çi ona qarşı irəli sürülən bir neçə korrupsiya iddialarının birinə görə ittiham edilib.
Dinləmələrə yaxın mənbənin bildirdiyinə görə, çərşənbə günü paytaxt Neypitavda keçirilən məhkəmədə hakim 76 yaşlı Su Çini 5 il həbs cəzasına məhkum edib. Onun məhkəməsi bağlı qapılar arxasında keçirilib və vəkillərinə mətbuata məlumat vermələri qadağan edilib.
Su Çi Demokratiya Uğrunda Milli Liqa siyasi partiyasının üzvü və Myanmanın ən böyük şəhəri Yanqonun keçmiş baş naziri Fyo Min Tindən 600 min dollar nağd pul və 11 kiloqram qızıl külçələr almaqda günahlandırılıb.
Su Çi Rəsmi Sirlər Aktını pozmaqda, ictimai iğtişaşları qızışdırmaqda və xeyriyyə fondu üçün torpaqlardan sui-istifadə etmək də daxil olmaqla, hərbi xunta tərəfindən çoxsaylı cinayətlərdə ittiham olunub. Bundan əvvəl o, qeyri-qanuni olan portativ radiolardan istifadə, ictimai iğtişaşları qızışdırmaq və COVID-19 məhdudiyyətlərini pozmaq kimi ittihamlarla üzləşib.
Bütün ittihamlar üzrə təqsirli bilinsə, o, 100 ildən çox həbs cəzası ilə üzləşə bilər.
Su Çinin rəhbərlik etdiyi Demokratiya Uğrunda Milli Liqa partiyası 2020-ci ilin noyabrında keçirilən ümumi seçkilərdə ordunun dəstəklədiyi Həmrəylik və İnkişaf Partiyasına böyük üstünlüklə qalib gəlib. 2021-ci il fevralın 1-də mülki hökuməti devirən xunta seçkilərdə geniş saxtakarlıq olduğunu və nəticələrin etibarsız sayıldığını iddia edib. Mülki seçki komissiyası ləğv edilməzdən əvvəl bu iddiaları təkzib edib.
Çevrilişdən sonra devrilmiş hökumətin dövlət müşaviri kimi fəaliyyət göstərən Su Çi, prezident Vin Myint və digər yüksək rütbəli məmurlar həbs edilib.