vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
DÜNYA  
11:20 | 3 sentyabr 2018 | Bazar ertəsi Məqaləyə 1844 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İordaniya ilə birləşin!”

ABŞ-dan Fələstinə konfederasiya təklifi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ İordaniya və Fələstinin birləşməsi təklifi ilə çıxış edib. Bu barədə İsrail mətbuatı yazıb.

Bildirilir ki, Vaşinqton administrasiyasının xüsusi nümayəndəsi Mahmud Abbasa "İordaniya ilə konfederasiyanın xeyrinə müstəqil Fələstin dövləti ideyasından imtina etməyi" təklif edib.

Fələstin lideri Mahmud Abbas isə yalnız İsrailin bu konfederasiyanın tərkibində olacağı halda təklifi qəbul edəcəyini deyib.

İordaniya tərəfi isə bildirib ki, konfederasiya haqda məsələ "müzakirə mövzusu deyil".

Xatırladaq ki, Fələstin ərazilərini İordaniya ilə konfederasiyada birləşdirmək ideyası yeni deyil, ancaq bu mövzu 1993-cü ildən- Fələstin-İsrail probleminin nizama salınmasına yönəldilən və Qəzza sektorunda, eləcə də İordan çayının qərb sahilində Fələstin administrasiyasının yaradılmasını nəzərdə tutan Oslo Razılaşmasından sonra qaldırılmayıb.