vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:44 | 27 yanvar 2019 | Bazar Məqaləyə 1681 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Səhv etmişik”

Ruhani Avropa dəyərlərinə riayət etməyə çağırdı

Ceyhun NƏCƏFOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İran prezidenti Həsən Ruhani bütün müsəlman qadınların hicab geymələrinin məcburiliyi haqqında qanunun əsaslı olmasına şübhəsini ifadə edib.

İranda dərc edilən “Ghanoon” qəzeti yazır ki, ölkənin rabitə və informasiya texnologiyaları naziri ilə görüşündə Ruhani deyib: “O ki qaldı hicaba, Quran, ilk növbədə, kişilərə müraciət edir ki, qadınlara pis niyyətlə baxmasınlar. Lakin təəssüf ki, biz qadınlara və qızlara nəzarət edirik və onları hicabda olmaq tələbini pozduqlarına görə tuturuq”.

Öz növbəsində “payvand.com” nəşri qeyd edir ki, İİR başçısı özünün təəccüb doğuracaq qədər səmimi ifadələrində təəssüf etdiyini bildirib ki, ölkədə müstəqil KİV yoxdur və dövləti senzuraya xərclədiyi vəsaitlərə görə tənqid edib.

Ələlxüsus, Ruhani müəyyən sosial şəbəkələrin və saytların bloklanması və filtrasiyaya məruz qoyulması barədə mənfi rəyini qeyd edib.

“Müasir texnologiyaların bir çox üstünlükləri və imkanları var və biz insanları yeni texnologiyalardan və kommunikasiyalardan izolyasiya edə bilmərik... Etiraf etmək lazımdır ki, biz səhv etmişik – nə bloklanma, nə də filtrasiya bizi olmaq istədiyimiz yerə aparmır”, - İran prezidenti deyib.

Ruhaninin bu fikirləri ilə bağlı iki nüfuzlu ayətullah onu tənqid atəşinə tutub. Qum şəhərindən olan 91 yaşlı ayətullah Naser Makarem Şirazi ölkə başçısını “islam dəyərlərinin əleyhdarı” adlandırıb.

“O, özünü islam respublikasının prezidenti kimi deyil, kübar sistemin demokratik ölkəsinin prezidenti kimi aparır”, - o, hiddətini bildirib.

Digər ayətullah – 89 yaşlı Cəfər Sübhani Ruhaniyə məsləhət görüb ki, siyasət və iqtisadiyyatla məşğul olsun və islam dövlətinin dini prinsiplərini rahat buraxsın.

Maraqlıdır ki, hökumətin rəsmi informasiya agentliyi olan İRNA prezidentin müdafiəsi üçün xeyli uzun məqalə dərc edib və onu dinin təmizliyinə sadiq adam kimi təqdim edib. Bildirilir ki, prezidentin müxtəlif dini məsələlərə yanaşması İran ayətullahlarını qeyzləndirir. Eyni zamanda, İran şərhçiləri prezident Ruhani ilə ali dini rəhbər Ayətullah Əli Xameneyinin baxışları arasında ölkənin gələcək inkişafı ilə bağlı ziddiyyətlərin artdığını qeyd edirlər.