vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
18:51 | 2 fevral 2019 | Şənbə Məqaləyə 1926 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya da sazişdən çıxdı

Putin nazirlərə danışıqlara getməməyi tapşırdı

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin Amerikanın Orta və yaxın mənzilli Nüvə Qüvvələrinə dair müqavilədən çıxmasına münasibət bildirib.

Rusiya lideri ölkənin müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşündə bu haqda danışıb.

Putin Rusiyanın da müqavilədə iştirakını dayandırdığını elan edib.

“Amerika müqavilədən çıxdığını bəyan etdi. Biz də müqavilədə iştirakımızı dayandırırıq”, - Putin bildirib.

Putin bu müqavilə bağlı danışıqlara təşəbbüs etmək cəhdlərini dayandırmağı da tapşırıb.

“Xarici İşlər və Müdafiə Nazirliklərindən xahiş edirəm ki, bununla bağlı hər hansı danışıqlar aparmağa təşəbbüs göstərməsinlər. Hələlik gözləmək daha yaxşıdır”.

Kreml rəhbəri onu da bəyan edib ki, Rusiya müqavilədən çıxdıqdan sonra da yeni silahlar istehsal edəcək. Bununla belə qeyd edib ki, qızğın silahlanma yarışına girməyəcək.

“Silahların da döyüş məsuliyyətini təyin etmək prosesinə şəxsən nəzarət etmək niyyətindəyəm. “Kinjal” sistemləri, “Avanqard” hipersəs kompleksləri və digərlərinə.

Mən həmçinin “Sarmat” (qitələrarası ballistik raket) istehsalı və onun döyüş növbəsinə qoyulması üzrə hazırlıqların necə getdiyini görmək istəyirəm...

Söyləyib ki, əgər ABŞ regionlarda orta və kiçik mənzilli raketlər yerləşdirməsə, Rusiya da analoji silahlara ora toplamayacaq”.

Qeyd edək ki, ABŞ fevralın 2-dən etibarən Rusiya ilə ballistik raket müqaviləsindən çıxdığını bəyan edib.

Xatırladaq ki, 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.