ABŞ Venesuelaya yardım göndərib
Maduro bu addımın qarşısını alacağını bildirib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
ABŞ Hava Qüvvələrinin tonlarla humanitar yardımla dolu təyyarələri Venesuela sərhədində yerləşən Kolumbiya şəhərinə uçuşlara başlayıb. Bu, sosialist prezident Nikolas Maduronun gücünün zəiflədilməsi səyləri çərçivəsində olan addımlardan biridir.
“C-17” karqo təyyarələrinin ilk üçü şənbə günü Florida ştatında yerləşən “Homestead” Hava Ehtiyat Bazasından yola çıxaraq, Kukuta şəhərində eniş edib. Bu şəhər Venesuelanın konqres lideri Xuan Quaydonun dəstəkçilərinə çatdırılması nəzərdə tutulan yardımın toplanış məntəqəsi kimi nəzərdə tutulub. Quaydo ABŞ tərəfindən Venesuelanın legitim prezidenti kimi tanınıb.
Daha öncəki yardımlar kommersiya təyyarələri ilə çatdırılıb.
Maduro qeyri-qanuni və lazımsız adlandırdığı humanitar yardımın qarşısını alacağını deyib. O, ölkədəki aclıqda ABŞ-ın qadağalarını və ölkədəki düşmənləri təqsirləndirib.
Şənbə günü göndərilən 180 tonluq humanitar yükə 25 min nəfər üçün nəzərdə tutulmuş qida və səhiyyə ləvazimatları daxildir.