vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
17:18 | 21 fevral 2019 | Cümə axşamı Məqaləyə 1694 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yəhyada həya yoxdursa, ...

Xamneyinin müşaviri Pakistanı terrorçuluğa dəstəkdə günahlandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın “dini lideri” Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri Yəhya Səfəvi Pakistana qarşı kəskin ittihamlarla çıxış edib.

Fevralın 13-də İranın Sistan və Bəlucistan əyalətində “Sepah” üzvlərin daşıyan avtobusa qarşı baş tutmuş hücumla əlaqədar çıxış edən Yəhya Səfəvi bildirib ki, “Pakistan xüsusi xidmət orqanları Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edərək, terroristlərə dəstək verirlər”.

Yəhya Səfəvi Pakistanın Səudiyyə Ərəbistanı ilə olan yaxın münasibətlərini də tənqid edib. Onun iddiasına görə, “Avropada yerləşən tədqiqat müəssisələrinin də dediyi kimi, 2030-cu ilə qədər Səudiyyə Ərəbistanı adlı ölkə mövcud olmayacaq. İran isə regionun ən qüdrətli dövləti olacaq”. O, bu sözləri Pakistanı təhdid edərək, İranın siyasi istəklərini yerinə yetirməyə çağırıb.

Qeyd etmək lazımdır ki, baxmayaraq ki, İran “dini lideri”nin müşaviri və digər rəsmilər Pakistana qarşı bu cür dəlili olmayan iddialarla çıxış edir, lakin uzun illərdir dünya ölkələri rəsmi Tehranın terrorizmi himayə etdiyi barədə BMT və digər beynəlxalq qurumlara sübutlar təqdim edir. İranın dəstəklədiyi Hizbullah, husilər hərəkatı, Taliban və bu kimi digər terror qruplaşmaları bu günə qədər region ölkələrində 10 minlərlə sivil insanın ölümünə səbəb olub.