Dövlət Departamenti Ermənistanı qınadı
«Ermənistanda korrupsiya baş alıb gedir, vətəndaş hüquqları məhdudlaşdırılır»
Vüsal TAĞIBƏYLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
ABŞ Dövlət Departamenti bir sıra ölkələrdə insan haqları sahəsindəki vəziyyətlə bağlı ikinci illik hesabatı dərc edib. Hesabatda ötən il insan haqları ilə bağlı vəziyyət haqqında məlumatlar yer alıb. Sənəddə Azərbaycanda insan haqları sahəsindəki vəziyyət də yer alıb. Hesabat yanvarın 27-də Vaşinqtonda dövlət katibi Con Kerri tərəfindən təqdim olunub.
Dövlət Departamentinin hesabatında əsasən, il ərzində Azərbaycanda insan haqları sahəsində problem kimi fikir azadlığı, sərbəst toplaşma və birləşmə azadlığına məhdudiyyətlərin olması, o cümlədən, jurnalistlər, hüquq müdafiəçiləri və demokratik fəallarla bağlı tədbirlər, oktyabrın 9-da seçkilərin keçirilməsində çatışmazlıqlar əksini tapıb. Sənəddə qeyd olunur ki, il ərzində qəbul olunan düzəlişlər QHT-lərin maliyyələşməsində daha çox məhdudiyyətlərə gətirib çıxarıb. Habelə qeydiyyatdan keçməmiş bəzi müsəlman və xristian icmaların dini etiqad azadlıqlarının məhdudlaşdırılması, QHT-lərin qeydiyyata alınması zamanı məhdudiyyətlərin olduğu qeyd edilib.
Hesabatda o da qeyd olunur ki, Prezident
Administrasiyası Bakıda ictimai xidmətlər yaratmaqla, korrupsiyanın azaldılması
istiqamətində yetərli tədbirlər görsə də, korrupsiya faktları hələ də
mövcuddur. Hesabat müəlliflərinin fikrincə, Azərbaycanda insan haqları sahəsində
daha bir problem ordudakı sui-istifadə halları olub. Həmin hallar nəticəsində
ötən il qeyri-döyüş şəraitində 69 ölüm faktı qeydə alınıb.
Hesabatda Ermənistana da geniş yer
ayrılıb. Bildirilir ki, Ermənistanda insan haqları sahəsində ən ciddi problemlər
korrupsiya, hökumətin fəaliyyətində şəffaflığın olmaması, vətəndaşların
hüquqlarının məhdudlaşdırılması və məhkəmə hakimiyyəti müstəqilliyinin məhdud
olmasıdır. Sənəddə vurğulanıb ki, hakimiyyətin bütün qatlarında davam edən
korrupsiya qanunun aliliyinə zərbə vurur. Namizədlərin seçki kampaniyasını
sərbəst apara bilmələrinə rəğmən, 2013-cü ildə prezident seçkiləri zamanı
dövlət idarəçiliyinin bitərəf olmaması, hakim partiyanın dəstəklənməsi üçün
dövlət resurslarından sui-istifadə, seçicilərin pulla ələ alınması kimi qanun
pozuntuları olub. Məhkəmələr yenə də icra hakimiyyəti strukturları tərəfindən
təzyiqə məruz qalır.
Digər qanun pozuntuları isə orduda
qeyri-döyüş şəraitində şübhəli ölüm halları, əsgərlər arasında nizamnamədən
kənar münasibətlər, çağırışçıların təhqir olunması, habelə bu cür əməllərə görə
günahkar olan şəxslərin məsuliyyətə cəlb olunmamasıdır. “Polis istintaq prosesi
zamanı işgəncə metodlarından istifadə edir, həbs və sorğu-sual zamanı
vətəndaşlar döyülür. Həbsxanaların əksəriyyəti doludur, orada antisanitariya
hökm sürür, məhkumlar üçün tibbi xidmətlərin həcmi yetərli səviyyədə deyil.
Hakimiyyət orqanları ciddi əsas olmadan cinayətləri törətməkdə şübhəli
bildikləri şəxsləri özbaşına həbs etməkdə davam edir”, - deyə sənəddə qeyd
olunub.
Hesabatda həmçinin vurğulanıb ki,
Ermənistanda dini azlıqlara, habelə imkanları məhdud olan şəxslərə qarşı
ayrı-seçkilik mövcuddur.
«Separatçılar Ermənistanın dəstəyi ilə əvvəllər olduğu kimi, Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın daha yeddi bölgəsini nəzarət altında saxlayır”. Bu barədə də Dövlət Departamenti tərəfindən hazırlanmış illik hesabatda bildirilir. Qeyd olunub ki, Dağlıq Qarabağın yekun statusu Rusiya, Fransa və ABŞ-ın həmsədri olduğu ATƏT-in Minsk Qrupunun beynəlxalq vasitəçiliyinin predmeti olaraq qalır: “İl ərzində hərbiləşdirilmiş təmas xətti boyunca olaylar davam edib və hər iki tərəfdən çoxsaylı insan tələfatına səbəb olub. Təmas xəttində mülki əhali arasında tələfat barədə məlumat daxil olmayıb”.