vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:19 | 15 may 2019 | Çərşənbə Məqaləyə 2278 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Tələbələr ölər, amma şərəfsizliyi qəbul etməz...”

Tehranda hicab əleyhinə etirazlar böyüyür

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlərdə İranda hicaba etiraz aksiyaları vüsət alıb. Yarı-rəsmi ISNA xəbər agentliyi universitet tələbələrinin kampusda icbari baş örtüyünə qarşı aksiya keçirdiyini bildirib.

Məlumatda deyilir ki, qız və oğlanlardan ibarət tələbə qrupu hökumətin geyim kodunu dəstəkləyən Tehran Universiteti tələbələri ilə toqquşub.

Sosial media istifadəçiləri bildirib ki, nümayiş İncəsənət Universitetində tələbələrin şüarlar səsləndirmələri ilə başlayıb. Onlar məcburi geyim kodu, işsizlik və jurnalistlərin həbsinə etiraz edib.

Videoların birində “tələbələr ölər, lakin şərəfsizliyi qəbul etməz” şüarının səsləndiyi göstərilir.

İranda qadınlardan ictimai yerlərdə başlarını örtməsi tələb olunur. Bu qaydanı pozanları ya 2 aylıq həbs cəzası, ya da 25 dollara qədər cərimə gözləyir.

İSNA bildirib ki, insan haqları müdafiəçisi, vəkil Nəsrin Sotude anti-hicab mövqeyinə görə may ayında 7 il azadlıqdan məhrum edilib.

İran rəsmiləri 2017-ci ildə onlarla qadının baş örtüyünü çıxarmasından sonra sərt tədbirlərə əl atıb.

İranda məcburi baş örtüyünü ictimaiyyət qarşısında itaətsizlik əlaməti olaraq çıxararaq, hicab əleyhinə etirazları ilhamlandıran gənc qadın bir il müddətinə həbsə məhkum edilib, lakin onun vəkilinin bildirdiyinə görə, ali dini rəhbər tərəfindən əfv olunub.

Vəkil Payam Derefşan aprelin 14-də bildirib ki, məhkəmə 2018-ci ilin noyabr ayında həbs edilmiş Vida Movahidi mart ayında ictimaiyyəti “əxlaqsızlığa” təşviq etməkdə günahkar tanıyıb.

“İnqilab küçəsindəki qız” kimi tanınan 32 yaşlı Movahid 2017-ci il dekabrın 27-də baş örtüyünü çıxarıb, onu havada yelləyəndən sonra az sonra həbs edilmişdi. (VOA)