vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
11:55 | 15 iyun 2019 | Şənbə Məqaləyə 1888 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tankerləri kim vurub?

Üç hadisə üzrə üç ehtimal – hər kəs ola bilər

ŞAHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün əvvəl Hörmüz boğazı yaxınlığında 2 neft tankeri partladılıb. Ötən ay da eyni zonada 4 ticarət gəmisinə qarşı diversiya törədilmişdi. Bu diversiya aktlarında kimlər maraqlı ola bilər?

1. İran. Bu ölkə dəfələrlə bəyan etmişdi ki, ona qarşı neft embarqosu tətbiq olunduqdan sonra Hörmüz boğazını bağlayacaq, digər bölgə ölkələrinin də neft satmasına imkan verməyəcək.

2. İranı zərbə altında qoymaq istəyənlər. Sirr deyil ki, Səudiyyə Ərəbistanı və İsrail ABŞ-ı İrana qarşı daha sərt addımlara, o cümlədən hərbi zərbələrə sövq etməkdə maraqlıdırlar. (ABŞ-ın özünün də burada iştirakı mümkündür.)

3. Neftin qiymətinin yüksəlməsində maraqlı olanlar. Başda Səudiyyə Ərəbistanı olmaqla, Rusiya, İran kimi büdcəsi neft gəlirlərindən asılı olan ölkələr maraqlıdır ki, neft ucuzlaşmasın. Dünən axşam neftin qiyməti 60 dollardan aşağı düşmüşdü, bu hadisədən sonra 62 dolları keçdi.