vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
19:41 | 16 iyun 2019 | Bazar Məqaləyə 1769 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Gözəgörünməz”lərin kabusu gəlir

Hansı daha güclüdür, F-15C “Eagle”, yoxsa “Su-57”

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatlarının istehsalı olan F-15C “Eagle” qırıcısı uzun müddət dünyanın ən yaxşı təyyarələrindən biri hesab olunub, lakin Su-57 kimi müasir tipli qırıcılarla qarşıdurma üçün onun ciddi modernləşdirilməsi tələb olunur. Bunu “The National Interest” nəşri yazıb.

Mənbə bildirir ki, F-15C hazırda ABŞ Hərbi-Hava Qüvvələrinin ehtiyatında olan bütün qırıcıların yarısını təşkil edir. Lakin yaxın illərdə bu tip hərbi təyyarələri, çox güman ki, mənəvi cəhətdən “qocaldıqları” üçün balansdan siləcəklər.

Eyni zamanda, Rusiyanın beşinci nəsil “gözəgörünməz” Su-57 qırıcısı həm manevr qabiliyyətinə, həm də müasir silahlarla təchizatına görə bir çox dünya qırıcılarını geridə qoyur.

Lakin ABŞ HHQ bu gün radarlar üçün görünməz olan hərbi təyyarələrin məhv edilməsi məqsədilə plan hazırlayır və “Lockheed Martin” şirkəti “Legion” modulu üzərində işlədiyini bildirib. Nəşr iddia edir ki, bu modul “Stels” texnologiyası üzrə hazırlanmış təyyarələri aşkarlamaq qabiliyyətinə malik olacaq.

Bu cür modulla təchiz olunmuş F-15C nəzəri cəhətdən Su-57-ni havada aşkarlayaraq ona zərbə endirə biləcək.

“Lakin Su-57 ilk zərbəyə davam gətirəcək, bundan sonra isə Su-57-nin manevr qabiliyyəti nəzərə alınarsa, F-15C əlverişsiz vəziyyətə düşəcək və Rusiya təyyarəsinin hədəfinə çevriləcək”, - məqalədə deyilir. Amerikan nəşri onu da qeyd edir ki, ABŞ qırıcıları üçün bu halda ümid yalnız pilotun peşəkarlığına qalır.

SU-57 qırıcısını havada məhv etmək üçün F-15C ciddi şəkildə yenilənməli və müasir silahlarla təchiz olunmalıdır. Lakin tədqiqatçılar bu fikirdədirlər ki, bu baş verərsə belə, F-15C və Su-57-nin hava döyüşündə hər iki qırıcı məhv olacaq. (virtualaz.org)