vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
10:16 | 12 fevral 2022 | Şənbə Məqaləyə 709 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maska taxmaq, yoxsa taxmamaq?

“Bu, siyasətin deyil, dəlillərin sürəti ilə hərəkət edir”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ştat qubernatorlarının artan təzyiqləri ilə üzləşən Bayden administrasiyası ilk dəfə olaraq ölkəni pandemiyanın yaratdığı fövqəladə vəziyyətdən çıxararaq, qapalı yerlərdə maska taxılması ilə bağlı federal tövsiyəyə son qoymaq da daxil olmaqla, daha yumşaq tədbirlərə doğru istiqamətləndirmək üçün planlar hazırlayır.

“Əlbəttə ki, heç kəsin gündəlik həyatına mane olmadan COVID pandemiyasına qarşı mübarizə mərhələsinin necə davam edəcəyini müzakirə edirik. Biz insanların pandemiyadan yorulduğunu başa düşürük. Onlar maska taxmaqdan yorulub”, - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə günü jurnalistlərə bildirib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) hazırda “peyvənd statusundan və ştatların tələbindən asılı olmayaraq” müəssisələr, və məktəblər də daxil olmaqla, qapalı yerlərdə maska taxmağı tövsiyə edir.

Bəzi ştatlar CDC-nin tövsiyələrinə əməl etsə də, maska, peyvənd və test tələbləri ilə kimi pandemiya protokolları ştatlara görə dəyişib.

Nyu York, Massaçusets, Nyu-Cersi, Kaliforniya, Konnektikut, Delaver, İllinoys, Rod-Aylend və Vaşinqton da daxil olmaqla, indi daha çox ştat koronavirusla əlaqədar sağlamlıq protokollarını yüngülləşdirməyə çalışır. Həm Respublikaçı, həm də Demokrat qubernatorlar tərəfindən həyata keçirilən dəyişikliklərə məktəblər və bizneslər kimi müəyyən yerlərdə maska taxmaq tələbinin qaldırılması, peyvənd mandatının ləğvi daxildir.

Psaki administrasiya rəsmilərinin çevik olmağın zəruriliyini başa düşdüyünü, lakin onların elmi dəlillərə əsaslanan səhiyyə ekspertlərinin tövsiyələrinə əməl etdiklərini bildirib. O, “Bu, siyasətin sürəti ilə deyil, dəlillərin sürəti ilə hərəkət edir” deyib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) hazırda yeni təlimatlar üzərində işləyir. “Biz hazırda tendensiyaları izləmək üzərində işləyirik” - deyə, CDC-nin direktoru, doktor Roşel Valenski çərşənbə günü bildirib.

Pandemiyanın ilk iki ilində Demokratlar daha çox ictimai sağlamlıqla bağlı ciddi məhdudiyyətlərin tərəfdarı idilər, Respublikaçılar isə onları əsasən rədd edirdi.

Lakin hazırda peyvənd nisbətləri 70 faizdən yuxarı olan və pandemiyadan yorulan bəzi ştatların Demokratik qubernatorları və rəsmiləri də əks reaksiyaların qarşısını almaq üçün tədbirləri yumşaltmağa başlayıb.

“New York Times” son bir həftə ərzində ABŞ-da hər gün orta hesabla koronavirusa 227 mindən çox yeni yoluxma halının qeydə alındığını bildirib ki, bu, yanvarın ortalarında qeydə alınan 806 min ilə müqayisədə 63 faiz azdır. Məlumatda ölkə daxilində xəstəxanaya yerləşdirmələrin də əhəmiyyətli dərəcədə azaldığı deyilib.

Qubernatorlar bu tendensiyanı gördükləri və vətəndaşlarının yorğunluğunu anladıqları üçün CDC-nin tövsiyələri olmadan məhdudiyyətləri yumşaltmaq üçün addımlar atırlar.