Polşaya 250 Amerika tankı
İki ölkə arasında 6 milyard dollarlıq müqavilə imzalaınb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
ABŞ rəsmilərinin bildirdiyinə görə, ABŞ Rusiya ilə Ukrayna məsələsində gərginliyin artdığı bir vaxt ölkənin təhlükəsizliyini artırmaq üçün Polşaya 250 M1-Abrams döyüş tankı satacaq.
Müdafiə naziri Lloyd Austin cümə günü Varşavada jurnalistlərə deyib ki, o və dövlət katibi Antoni Blinken Konqresə tankların satılması barədə məlumat verib.
“Bu tankların çatdırılma müddəti hazırda müzakirə olunur”, - deyə Austin bildirib.
Polşa keçən yay təxminən 6 milyard dollarlıq müqavilə çərçivəsində ABŞ-dan tanklar almağı planlaşdırdığını açıqlasa da, gecikmələr davam edib.
Austin deyib ki, Polşa tərəfinin tankları satın alması NATO alyansı daxilində müdafiə məsuliyyətlərinin “daha ədalətli bölüşdürülməsini” təmin etməyə yardım edəcək.
Austin Rusiya Ukraynaya müdaxilə edərsə, ABŞ-ın cavab verməyə hazır olan əlavə 4700 əsgərini qəbul etdiyi üçün Polşaya təşəkkür edib. Prezident Co Baydenin bu ayın əvvəlində əlavə ordu yerləşdirmə əmrindən bəri Polşada hazırda 9-10 min arasında Amerika əsgəri var.
Bayden cümə axşamı Rusiyanın yaxın bir neçə gün ərzində Ukraynaya müdaxilə etməsi ehtimalının “çox yüksək” olduğunu deyib.
“Bizim onların müdaxilə etmələri üçün bir bəhanələrinin olduğuna, saxta bayraq əməliyyatı ilə məşğul olduqlarına inanmaq üçün əsaslarımız var. Bizdə olan əlamətlər onların Ukraynaya girməyə, Ukraynaya hücum etməyə hazır olduqlarını göstərir”, - deyə Bayden Ağ Evdə jurnalistlərə bildirib.
“Mənim fikrimcə, bu, yaxın bir neçə gün ərzində baş verəcək”, - deyə əlavə edib.
Bunlarla yanaşı Bayden deyib ki, o, Rusiyanın NATO-nun raketləri və Şərqi Avropadakı hərbi təlimləri ilə bağlı narahatlığını azaldacaq diplomatik həll yolu tapmağın mümkün olduğuna inanır.
Qərb müttəfiqləri Rusiyanın NATO-nun Ukrayna və digər keçmiş Sovet respublikalarının üzvlük ehtimalını istisna etməsi ilə bağlı əsas tələbini rədd edib.
ABŞ dövlət katibi Antoni Blinken daha sonra BMT-nin Təhlükəsizlik Şurasında Baydenin dediklərini təkrarlayaraq, dünyanın bir neçə gün ərzində Rusiyanın Ukraynaya hücumunu görə biləcəyini və kəşfiyyat məlumatlarının buna səbəb kimi uydurulmuş bəhanələrin göstərilə biləcəyini deyib.
Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Blinken BMT Təhlükəsizlik Şurasındakı çıxışında qeyd edib ki, biz bu böhranın yeganə həll yolunun diplomatiya və dialoqdan ibarət olduğuna inandığımız üçün o, [Rusiya] xarici işlər naziri Lavrovla gələn həftə Avropada görüşməyi təklif edib.”
Bu arada isə Moskva ABŞ-ın Rusiyadakı iki nömrəli diplomatını ölkədən qovub.
Dövlət Departamenti bildirib ki, Moskvadakı missiya rəhbərinin müavini Bart Qormanın ölkədən çıxarılması “səbəbsiz olub və biz bunu eskalasiya addımı hesab edirik və cavabımızı nəzərdən keçiririk”.