43 nəfərə “perona non grata” damğası
Avropanın 4 ölkəsi Rusiyalı diplomatları casusluqda günahlandırır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
“Bu nifrət cinayətidir”
Şimali İrlandiya polisi müsəlmanlar əleyhinə olan plakatları yığışdırıb
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
Dörd Avropa ölkəsi – Niderland, Belçika, İrlandiya və Çex Respublikası martın 29-da Rusiyanın çox sayda diplomatının “casusluq şübhələri” ilə əlaqədar qovulmasını bəyan ediblər.
Niderlandın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “arzulanmayan şəxs” (“persona non grata”) elan edilmiş 17 Rusiya diplomatı əslində kəşfiyyat zabitləri kimi fəaliyyət göstəriblər.
Belçika eyni səbəblərlə 21, İrlandiya 4 və Çexiya 1 Rusiya diplomatının ölkədən çıxarıldığını bəyan edib.
Niderland XİN bildirir ki, bu barədə nota artıq Rusiya səfirinə təqdim olunub:
“Səbəb budur ki, bizdə olan informasiyaya görə sözü gedən şəxslər diplomat kimi akkreditə olunsalar da, kəşfiyyat zabitləri kimi fəaliyyət göstəriblər”.
***
Niderlandın xarici işlər naziri Vopka Hukstra deyib ki, Rusiya diplomatlarına ölkədən çıxmaları üçün iki həftə vaxt verilib:
“Bu adamların vizit kartlarında diplomat yazılsa da, onlar tamam başqa işlərlə məşğul olublar”.
Lakin nazir məsələnin təfərrüatlarına varmayıb.
Bununla belə o deyib ki, görülən tədbir Ukraynadakı müharibə kontekstində ölkənin təhlükəsizliyinin gücləndirilıməsi üçün keçirilir.
Niderlandda hazırda 75 Rusiya diplomatı var və bu tədbirdən sonra onların sayı 58-ə enəcək.
***
İrlandiyanın Xarici İşlər Nazirliyi bildirir ki, 4 Rusiya diplomatı beynəlxalq standarta uyğun olmayan fəaliyyətlərinə görə “persona non grata” elan ediliblər.
Bu barədə bəyanatda deyilir ki, İrlandiya və Rusiya arasında diplomatik kanallar açıq qalacaq.
Belçika hökuməti bildirir ki, ölkədən çıxarılan 21 Rusiya diplomatı casusluqla bağlı fəaliyyətlə və ölkənin siyasətinə təsir göstərmək cəhdləri ilə məşğul olublar.
Onların Belçikanı tərk etmələrinə iki həftə vaxt verilib.
Çexiyanın Xarici İşlər Nazirliyi bir Rusiya diplomatının ölkədən çıxarılmasına dair bəyanatında bildirib:
“Biz müttəfiqlərimizlə birlikdə Rusiyanın Aİ-dəki kəşfiyyat mövcudiyyətini azaltmağa çalışırıq”.
***
Şimali Makedoniya Rusiyanın bu ölkədəki 5 diplomatını “persona non grata” elan edib.
MIA xəbər agentliyinin məlumatına görə Rusiya səfiri Sergey Bazdnikin martın 28-də Şimali Makedoniyanın Xarici İşlər Nazirliyinə dəvət olunub və ona 5 diplomatın ölkədən çıxarılmasına dair nota verilib.
Skopye bu qərarının səbəblərini açıqlamır.
Bundan əvvəl Bolqarıstan Rusiyanın bu ölkədəki səfirliyinin 10 əməkdaşını “persona non grata” elan etmişdi.
Ötən həftə habelə Latviya, Litva və Estoniya Rusiya diplomatlarının ölkədən xaric edilməsinə dair qərarlar qəbul ediblər.
Rusiya martın 28-də Slovakiyanın 3 diplomatının ölkədən çıxarılacağını bəyan edib.