“Şəxsən mən ölməyə gedirəm”
Suriyalı muzdlular nəyə görə həyatlarını riskə atmağa hazırdırlar?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
Rusiya iddia edir ki, Ukraynaya qarşı döyüşə göndərmək üçün Yaxın Şərqdən 16 minə yaxın könüllü toplayıb. Onların əksəriyyəti suriyalıdır.
Ukrayna hökumətinin və Suriyada insan haqlarının vəziyyətinin monitorinqiylə məşğul olan qeyri-kommersiya təşkilatının (“Syrian Observatory for Human Rights” - Suriya İnsan Haqları Müşahidə Qrupu) məlumatına görə, bir müddətdir ki, Rusiyanın təşəbbüsüylə döyüşçülərin cəlb edilməsi üçün Dəməşq, Rakka və Hələb də daxil olmaqla, Suriyanın müxtəlif şəhərlərində 14 mərkəz fəaliyyət göstərir.
Suriyanın sosial şəbəkələrində konkret xidmətlər üçün ödənişlərin qeyd olunduğu çox sayda təklifə rast gəlmək olar: cəbhə xəttində hərbi əməliyyatlarda iştiraka görə 7000, arxa cəbhədə iş üçünsə 3500 ABŞ dolları.
Rusiya mətbuatının iddiasına görə, suriyalılar özlərini vətəndaş müharibəsində onlara kömək etmiş Rusiyaya borclu hesab edirlər və həmin borcu bu yolla ödəməyə hazırdırlar.
Mövzuyla bağlı araşdırma aparan BBC Ərəb Xidməti müraciət edənlərin bəziləriylə əlaqə saxlaya bilib. Onların dediklərindən belə məlum olur ki, könüllülərin təxminən 80 faizi bir tikə çörək üçün Ukraynaya getmək qərarına gəlib.
***
Şərti olaraq Həsən adlandırılan şəxs həyat yoldaşı və üç uşağıyla birlikdə Suriya hökumətinin nəzarəti altındakı şəhərdə yaşayır.
O, doqquz il Suriya ordusunda xidmət edib, bu dəfə döyüş meydanına Rusiya tərəfdən könüllü olaraq qayıtmaq istəyir, baxmayaraq ki, bu münaqişədə Rusiyanı təcavüzkar hesab edir.
“Rusiya Ukraynada insanları öldürür, Suriyadan isə çörəkpuluna möhtac olanları toplayır. Onlara kiçik bir məbləğ qarşılığında döyüşmək və ölməyə hazır olmaq təklif edilir”, - Həsən belə deyir.
O etiraf edir ki, Ukraynaya getməyə məhz pula görə razılıq verib.
“Facebook”da ərəbdilli könüllüləri Ukraynadakı müharibəyə cəlb edən çox sayda qrup aşkar edilib. Onlardan birinin 20 mindən çox üzvü var.
Bu qruplarda Rusiyaya münasibətdə vətənpərvərlik və ya qardaşlıq hissləri qabardılmır. Sırf işdən söhbət gedir - bəlli bir məbləğ müqabilində görüləcək işdən.
Səhifələrin birində könüllülərə bir aya 1500 avro təklif edilir. Qeyd olunur ki, uçuş, yemək, hərbi geyim və digər xərcləri Rusiya hökuməti öz üzərinə götürəcək. Orda yaralılara kompensasiya ödənişi vədi də var. Müharibə bitəndə isə göstərdikləri köməyə görə hər bir könüllüyə 50 min avro ödənilcək. Hər halda, sosial şəbəkələrdə belə yazılır.
“Şəxsən mən ölməyə gedirəm, amma əsas məsələ oğlumu və arvadımı təmin etməkdir. Liviyadakı kimi olacaq… Biz pulu götürəcəyik və gedib yad ölkədə öləcəyik”, - statusların birində belə yazılıb.
Həsən Ukraynaya pula görə getməyə hazırlaşan ən azı 200 nəfər tanıdığını deyir.
Başqa bir suriyalı bildirib ki, “Ukraynaya könüllüləri vaxtilə Liviyaya topladıqları kimi yığırlar. Müxtəlif bölgələrdə xüsusi məntəqələr var. Siz ərizə verəndən sonra fikrinizi dəyişib getməyə bilərsiz. Zorla aparmırlar”.
***
Suriya özünün buğda ehtiyacını tamamən Ukrayna və Rusiyadan idxal hesabına ödəyir. Keçən ay hökumət bu iki ölkə arasında başlamış müharibəni əsas gətirərək bəzi məhsulların, o cümlədən, unun, buğdadan hazırlanan məmulatların və qəndin pərakəndə satışına norma tətbiq edib.
“Ukraynadakı müharibəyə görə yanacağın, ərzağın, hər şeyin qiyməti qalxıb”, - Həsən belə deyir.
Rusiyanın dövlət KİV-ləri durmadan təkrar edirlər ki, suriyalı döyüşçülər Ukrayna ilə müharibədə Rusiyanı yaxın keçmişdəki vətəndaş müharibəsində Suriya hökumətinə dəstəyinə görə dəstəkləyirlər.
Amma Həsən deyir ki, o və şəxsən tanıdığı digər könüllülər məhz qazanc xətrinə ora gedirlər: “Özgələri pulla cəlb edə bilən Rusiya öz döyüşçülərini itirmək istəmir”.
Onun sözlərinə görə, seçilmiş namizədlərə Latakiya yaxınlığındakı Hmeymim hərbi düşərgəsində təlim keçəndən sonra onları Rusiyaya aparacaqlar.
Suriya muzdlularının hansısa hissəsinin artıq Ukraynada olduğunu müstəqil mənbələr vasitəsilə dəqiqləşdirə bilməyib.
Müxtəlif beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, 11 il davam edən vətəndaş müharibəsindən sonra Suriya əhalisinin 60 faiziindən çoxu - təxminən 12 milyon nəfəri aclıqla üzləşib. Həmçinin vəziyyətin pisləşməyə doğru gedəcəyi bildirilib.
Həsənin ailəsi onun müharibəyə getməsini istəmir, amma Həsən başqa seçiminin olmadığını deyir:
“Mən getməliyəm, mənə pul lazımdır. Yəqin ki, 90 faizimiz həlak olacaq”.
***
Hərbi münaqişələr zamanı tərəflərin kənardan muzdlu döyüşçülər cəlb etməsi yayğın təcrübədir. Hərçənd çox vaxt bunu gizli saxlamağa çalışırlar.
2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi vaxtı suriyalı muzdluların döyüşlərə cəlb olunması iddiaları olub, amma Azərbaycan tərəfi bildirib ki, rəsmi şəkildə bu iddiaları təsdiq edən sübutlar ortaya qoyulmayıb.
Rusiyanın öz muzdluları da var - onları dünyanın müxtəlif ölkələrində, o cümlədən, Suriyada, Afrika ölkələrində və Ukraynada hərbi əməliyyatlara göndərirlər. KİV-də dərc olunan məlumatlara görə, bunun üçün “Vaqner” qruplaşmasından istifadə olunur. Çox sayda xəbərdə bu qrupun Sudanda, Mərkəzi Afrika Respublikasında, Suriyada və Ukraynanın şərqindəki əməliyyatlarda iştirak etdiyi qeyd olunub. Bundan başqa, “Vaqner”ə aid bölmələrin Liviyaya da göndəriləcəyi planlaşdırılırdı, amma, deyəsən, bu baş vermədi.
Danışanların dediyinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra bu quruma çox sayda döyüşçü cəlb etməyə başlayıblar və hətta əvvəllər müqavilə imzalamadıqları şəxsləri də götürürlər. Qruplaşmanın əsas hissəsini isə digər ölkələrdə xidmət üçün daha əvvəl müqavilə imzalanmış şəxslər təşkil edir. (BBC)