vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
17:11 | 4 aprel 2022 | Bazar ertəsi Məqaləyə 820 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İmran xan istefa verdi

Onu kimsə əvəzləyəcək, yoxsa...?

Turan RZAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Pakistan Nazirlər Kabineti ölkə konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Prezident tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində Baş nazir İmran Xanın istefa verdiyini açıqlayıb.

Növbədənkənar parlament seçkiləri 90 gün sonra keçiriləcək və baş nazir təyin olunanadək İmran Xan vəzifəsini icra edəcək.


İstefanın səbəbi


İmran Xanın istefası gözlənilən idi. Məsələ ondadır ki, İmran Xanın bir müddət öncə Rusiyaya səfəri ölkədə ciddi etirazlara səbəb olub. Səfər sonrası müxalifət ölkə parlamentində İmran Xana etimadsızlıq səsverməsi keçirməyə cəhd etdi. İmran Xan isə Parlamentin ona etimadsızlıq təklifini rədd edib. Daha sonra isə o Nazirlər Kabinetini istefaya göndərib.

İmran Xan müxalifət təmsilçilərinin onu istefaya səsləməsini ABŞ-ın hökuməti devirməsi olaraq qiymətləndirib. Təsadüfi deyil ki, Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə bir neçə gün öncə Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxdı. Yəni həm Milli Assambleyanın buraxılması, həm də özünün istefa verməsi onun konkret planı əsasında həyata keçirilir.


Yeni baş nazir kim olacaq?


Hazırda baş verən proseslərin İmran Xanın nəzarətində həyata keçirildiyi görünür. Bu mənada mümkündür ki, o yenidən baş nazir seçilsin. Bununla belə hazırda İmran Xanın postuna əsas namizəd, həmçinin onun rəqibi şübhəsiz ki, Müsəlman Liqasına mənsub olan Mian Məhəmməd Şahbaz Şərifdir. Yəni hansısa fors-major hal baş verməsə, İmran Xanı Mian Məhəmməd Şahbaz Şərif əvəzləyə bilər. Lakin hələlik bunun baş verməsi mümkün deyil.

İmran Xanın yoxluğu İslamabadın Ankara və Bakı baxışını dəyişə bilər?

Bu gün olmasa da, gec-tez Pakistanda İmran Xan dövrü bitəcək. İmran Xandan sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Pakistanın xarici siyasətində kəskin dəyişikliklər olacağını düşünmürəm. Pakistanın iqtisadi və xarici siyasəti nəinki Azərbaycan, Türkiyə, heç Böyük Britaniya, ABŞ, Çin, Hindistana qarşı da dəyişməyəcək.