vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
20:39 | 7 aprel 2022 | Cümə axşamı Məqaləyə 707 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremlə növbəti beynəlxalq zərbə

Rusiya BMT İnsan Haqları Şurasından xaric edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT Baş Assambleyası cümə axşamı Rusiyanın qurumun İnsan Haqları Şurasında çıxarılmasına səs verib. Səsvermə Rusiyanın Ukraynada qətliamlar törətməkdə ittiham olunmasından sonra baş tutub.

93:24 səslə və 58 ölkənin bitərəf qalması ilə assambleya Rusiyanı “insan haqlarını kobud və sistematik şəkildə pozduğuna” görə və Ukraynaya qarşı beynəlxalq qanunları pozduğuna görə Rusiyanın üzvlüyünü dayandırıb.

Qətnamənin qəbul edilməsi üçün üçdə iki səs çoxluğu tələb olunur. Bitərəf qalanlar sayılmır.

“Biz hər hansı dövlətin İnsan haqları Şurasından xaric edilməsinə dair səsverməni nadir və əlahiddə bir olay kimi qiymətləndiririk”, Ukraynanın BMT-dəki elçisi Serqey Kislitsa səsvermədən öncə deyib. “Lakin Rusiyanın hərəkətləri bütün əndazələri aşıb. Rusiya təkcə insan haqları pozuntularına yol vermir, o həm də beynəlxalq sülh və təhlükəsizliyin təməllərini laxladır”.

Cenevrədə qərargahlanan İnsan Haqları Şurasında 47 ölkə təmsil olunur. Onlar Baş Assambleyanın gizli səsverməsi yolu ilə seçilir. Rusiya müddəti 2023-cü il 31 dekabrda başa çatacaq üç illik dönəmə şuraya seçilib.

Çərşənbə axşamı Ukrayna Prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasını öz video müraciətində Rusiyanın ölkəsinə qarşı təcavüzünə son qoya bilmədiyinə görə tənbeh etmişdi. O, Moskvanın Ukraynada törətdiyi cinayətlərə görə cavabdeh tutulmasına çağırmışdı.

Birləşmiş Ştatlar Rusiyanın BMT İnsan Haqları Şurasından çıxarılması səylərinə rəhbərlik edərək 60 ölkənin qətnaməyə həmsponsorluq etməsinə nail oldu.

“İnsan haqlarını kobud və sistematik şəkildə pozan ölkəyə həmin haqları qorumağa məsul olan qurumda yer yoxdur”, deyə ABŞ Dövlət Katibi Antoni Blinken Brüsseldə müxbirlərə bildirib. “Bu gün həmin səhv düzəldilib”.