vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
01:59 | 10 aprel 2022 | Bazar Məqaləyə 899 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya parlamentinin “YouTube” kanalı bloklanıb

“ABŞ İT şirkəti açıq-aşkar Rusiya əleyhinə mövqeyə sadiq qalır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“YouTube” Rusiya parlamentinin aşağı palatasından yayım edən Duma TV-ni blok edib. Bu da rəsmilərin qəzəbinə səbəb olub. Onlar dünyanın ən böyük video yayım xidmətinin cavab olaraq məhdudiyyətlərlə üzləşə biləcəyini deyib.

Şənbə günü Dumanın “YouTube” kanalında yerləşdirilən mesajda bildirilib ki, kanal ““YouTube”un Xidmət Şərtlərini pozduğuna görə ləğv olunub”.

“Alphabet Inc’s”in sahib olduğu “YouTube” bir müddətdir Rusiyanın kommunikasiya nəzarətçisi “Roskomnadzor” tərəfindən təzyiq altında idi və rəsmilər tez reaksiya veriblər.

“Görünən odur ki, “YouTube” özü ilə bağlı qərarı imzalayıb. Məzmunu yaddaşda saxlayın və Rusiya platfpormalarına transfer edin, tez olun”, - Xarici işlər nazirliyinin sözçüsü Maria Zaxarova “Telegram”da bildirib.

Kommunikasiya nəzarətçisi bildirib ki, “Google”dan Dumanın kanalını dərhal bərpa etməsini tələb edib.

“Amerikanın IT şirkəti Qərbin bizim ölkəmizə qarşı başlatdığı məlumat müharibəsində açıq-aşkar Rusiya əleyhinə mövqeyə sadiq qalır”, Roskomnadzor bildirib.

“Google” “Reuters”in şərh istəyinə dərhal cavab verməyib.

Dumanın spikeri Vyaçeslav Volodin deyib ki, “YouTube”un addımı Vaşinqtonun hüquq və azadlıqları pozduğunun daha bir sübutudur.

“ABŞ informasiyanın yayılmasında monopoliya əldə etmək istəyir. Biz buna icazə verə bilmərik”, Volodin Telegram-da bildirib.

Rusiya fevralın 24-də Ukraynaya minlərlə qoşun göndərəndən bəri “Twitter” və “Meta Platform” şirkətinin “Facebook” və “Instagram” sosial şəbəkələrinə girişi məhdudlaşdırıb.

Rusiya daha öncə “Telegram” tətbiqini qadağan etməyə çalışıb, ancaq 2020-ci ilin ortalarında qadağanı aradan qaldırıb və indi bu tətbiq rəsmilər tərəfindən geniş şəkildə istifadə olunur.

Bəzi Rusiya KİV-ləri bu addımı kapitulyasiya kimi qiymətləndirib, amma “Roskomnadzor” bildirib ki, bunu ona görə edib ki, tətbiqin rus təsisçisi Pavel Durov platformada terrora və ekstremizmə qarşı mübarizədə əməkdaşlığa hazırdır.