vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
DÜNYA  
16:05 | 24 aprel 2022 | Bazar Məqaləyə 685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə Rusiya təyyarələri üçün hava məkanını bağlayıb

Hələlik Suriyaya uçanlar üçün ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Suriyaya uçan Rusiya hərbi və mülki təyyarələri üçün hava məkanını bağlayıb. Bu barədə şənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna istinadla Reuters məlumat yayıb.

Rusiyanın Suriyada hərbi kontingenti, o cümlədən döyüş təyyarələri var. Çavuşoğlunun sözlərinə görə, uçuş üçün icazə üç ay müddətinə verilir, bu müddət apreldə başa çatıb və uçuşlar dayandırılıb.

Türkiyənin xarici işlər naziri bu addımın səbəblərini açıqlamasa da, hərbi gəmilərin Bosfor boğazından keçməsinə hazırkı qadağanı xatırladıb - Türkiyə bunu Ukraynadakı müharibə ilə bağlı tətbiq edib. Rusiyadan Suriyaya ən qısa yol Türkiyə hava məkanından keçir.

Türkiyə üzərindən yolun bağlanması o deməkdir ki, İran və İraq üzərindəki hava məkanından istifadə etmək lazım gələcək.

Çavuşoğlu qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasındakı münaqişədə vasitəçilik səylərini davam etdirir.

Onun sözlərinə görə, işçi alt qruplarda danışıqlar davam edir, həmçinin Ukrayna və Rusiya prezidentlərinin Türkiyədə görüşlə bağlı ilkin razılıq var.