vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
19:45 | 30 may 2022 | Bazar ertəsi Məqaləyə 1033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda aksiyalar artır

Xameneyinin göndərdiyi rəsmini fitə basan etirazçılar ölkə rəhbərliyini “abırsız” adlandırıblar

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın cənub-qərbində yarımçıq binanın dağıntıları altından daha iki qurbanın cəsədi çıxarılıb, ölənlərin sayı 31-ə çatıb, etirazlar isə davam edir.

IRNA dövlət xəbər agentliyinin mayın 30-da yaydığı xəbərə görə, daha bir cəsədin yeri müəyyənləşdirilsə də, hələlik, çıxarılmayıb. Rəsmilər hadisə nəticəsində 30-dan çox insanın itkin düşdüyünü deyirlər.

Onmərtəbəli binanın böyük bir hissəsinin çökməsi İranda son illərin ən böyük faciələrindən birinə səbəb olub.

Hadisədən sonra şəhərdə bir həftə etirazlar keçirilib. İndiyədək İranda ərzağın bahalanması, digər iqtisadi məsələlər və ABŞ-ın Tehranın nüvə proqramıyla əlaqədar tətbiq etdiyi sərt sanksiyalardan dolayı ölkədə iğtişaşlar baş verib.

Mayın 29-da etirazçılar Ali dini lider Ayətulla Əli Xameneyinin göndərdiyi rəsmini fitə basıblar, ölkə rəhbərliyini “abırsız” adlandırıblar.

Tehranda çıxan “Həmşəhri” qəzeti və yarırəsmi Fars xəbər agentliyinin məlumatına görə, etirazçılar dövlət televiziyasının kamera quraşdırdığı platformaya hücum edib, yayımı kəsiblər.

İranın neftlə zəngin Xuzestan vilayətində yerləşən Abadan şəhərində ərəb azlığı yaşayır. Onlar ölkənin ikinci dərəcəli vətəndaşları kimi rəftardan şikayətlənirlər.