“Bütün qərarlarımız gecikib”
Qərb artilleriyası Rusiyanın Donbas hücumunu dayandıra bilərmi?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
Rusiya qüvvələri Donbasda “qarış-qarış” irəliləyir, Ukrayna qüvvələrini artilleriya atəşinə tutur. Artıq ABŞ Ukraynaya hədəfi uzaq məsafədən vurmağa qadir HIMARS sistemləri verməyə razılaşıb. Bu artilleriya Rusiyanın hücumunu dayandıra bilərmi? Jurnalist Tod Prins bu suala cavab axtarır.
Rusiya Prezidenti Vladimir Putin Donbası tam tutmağı əsas hərbi hədəf qoyub. Artıq Donbasın iki vilayətindən biri Luqansk tutulmaqdadır. ABŞ Rusiyanın hazırda Ukraynaya 110 batalyon taktiki qrupunun olduğunu bildirir. Hər bir qrupun 8-10 artilleriya qurğusu, haubitsa, yaxud raket buraxıcısı ola bilər, bunu ABŞ-ın istefada olan dəniz piyadaları polkovniki, hazırda Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin aparıcı müşaviri Mark Kankian deyir. Beləliklə, Rusiyanın Donbasda 900-dək artilleriya silahı ola bilər.
***
1997-2000-ci illərdə NATO-nun Avropada ali müttəfiq komandiri olmuş Vesli Klark ötən həftə xəbərdarlıq edirdi ki, müharibənin yeni fazasında vuruşmaq üçün Ukrayna qüvvələrinin artilleriyası yoxdur. “Bu döyüşdə uduzmaq da mümkündür”, – o deyirdi.
Rusiya fevralın sonunda işğala başlayandan Ukraynanın hərbi sənayesini sıradan çıxarıb. Hazırda Ukrayna ordusunda sovet istehsalı artilleriya, o cümlədən 152-millimetr kalibrli haubitsalar üçün sursat çatışmır.
Kankian deyir ki, bu sursatın ən böyük təchizatçıları Rusiya və Çindir.
“Birləşmiş Ştatlar dünyanı elə təmizləyib ki, ukraynalılara verməyə sovet standartlı sursat çatışmır. Bu cür sursatın satıldığı yerlərin tükəndiyini düşünürəm”, – təhlilçi deyir.
***
ABŞ uzun müddət Ukraynaya ağır artilleriya verməyə tərəddüd edib, Rusiyanı provokasiyaya çəkmək istəməyib. Bəzi təhlilçilərin fikrincə, Bayden administrasiyası silah təchizatıyla bağlı debat Ukrayna üçün dəyərli vaxt itkisinə başa gəlib.
“Bütün qərarlarımız gecikib”, – ABŞ-ın Avropa Ordusunun keçmiş komandiri Ben Hocs deyib.
“Administrasiya rusiyalıları təhrik etməmək məsələsini çox şişirdib. Onlara provokasiya lazım deyil. Onlar provokasiyasız hücum edirlər”, – o vurğulayır.
Hocs raket sistemlərinin çatdırılmasının bir neçə həftə çəkəcəyini, bunun da vaxt itkisi olduğunu söyləyir.
Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda vəziyyətin “həddən artıq çətin” olduğunu, Rusiyanın regiona “maksimum döyüş qüvvəsi” cəmlədiyini vurğulayıb. O, Ukraynanın günə 50-100 əsgər itirdiyini sözlərinə əlavə edib.
***
Təhlilçilərin fikrincə, ağır bombardman Ukraynanın təchizat xətlərinə aşırı təzyiq yaradır, cəbhə xəttindəki əsgərlərə Qərb silahlarının sürətlə çatdırılmasını çətinləşdirir.
Qərbin hərbi yardımı Ukraynaya Polşadan qatarla gəlir, daha sonra yük maşınları ilə cəbhə xəttinə çatdırılır. Rusiya hazırda Donbasa nəqliyyat xətlərini kəsməyə çalışır.
Hocs deyir ki, Ukrayna qüvvələri ABŞ-dan, digər Qərb ölkələrindən artilleriyanın “müsbət təsir”ini bir neçə həftəyə hiss edə bilər.
Klark isə düşünür ki, Ukrayna qüvvələri yetərincə artilleriya alarsa, iyuldan başlayaraq iki ay ərzində Rusiyanı Donbasdan çıxara bilər.
O vaxta torpaq quruyacaq, hücum etmək asanlaşacaq və Rusiya daha çox qüvvə səfərbər etməli olacaq.
***
ABŞ Ukraynaya apreldən ağır artilleriya göndərməyə başlayıb, 40 km-dək məsafəni vura bilən “M777” haubitsalar bu sıradadır.
Kankian deyi ki, əsgərlərin haubutsaları işlətmək və qulluq üzrə təlimi də zaman alır, bu da onların cəbhə xəttinə yerləşdirilməsinə gərginlik yaradır.
İndiyədək ABŞ “M777”ni işlətmək üçün 400-dən çox adama təlim keçib, 50-dək şəxs isə onlara qulluğu öyrənib. Bir “M777”ni işlətməyə səkkiz əsgər lazımdır.
Bayden administrasiyasını təzə təsdiqlədiyi HİMARS isə dağıdıcıdır. Hərbi ekspert, Ceymztaun fondunun prezidenti Qlen Hovard deyir ki, HİMARS “düşmən qüvvələrin hücum üçün yığışdığı ərazinin külünü göyə sovura, bir ərazini neytrallaşdıra bilər”.
HİMARS altı raketin buraxıldığı buraxıcı qurğudan ibarətdir. Amma davamlı atəş açan haubitsadan fərqli olaraq qurğunu yükləmək beş dəqiqə çəkir. Kankian deyir ki, HİMARS və haubitsalar “bir-birini tamamlayırlar”.
***
ABŞ Ukraynaya 80 kilometri vura bilən HİMARS raketləri göndərilməsinə icazə verib. HİMARS-dan 300 km-i vuracaq raket də atıla bilər, amma Bayden administrasiyası belə raketlərin Ukraynanı Rusiya torpağını hədəfə almağa imkan verəcəyindən çəkinir. “Elə “M777” sursatları da bu səbəbdən gec göndərilib”, – Hovard söyləyir.
Təhlilçinin fikrincə, HİMARS, eləcə də Qərbdən göndərilən yeni gəmi əleyhinə raketlər Rusiyanın Qara dəniz limanlarından buğda daşıyacaq gəmilərə hücumunu önləyə bilər. Hazırda Rusiya limanları blokadaya alıb, bu da dünyada buğdanı bahalandırıb, qlobal aclıqla bağlı qorxu yaradıb.
Rusiya müharibənin əvvəlində tutduğu İlan adasına zenit-raket kompleksləri yerləşdirir. HİMARS Rusiyanın ilhaq etdiyi Krımda artilleriyanı vura bilməsə də İlan adasına çata bilər.
Ukraynanın HİMARS-ı Qara dəniz sahilində yerləşdirib-yerləşdirməyəcəyi bəlli deyil.