ABŞ-dakı klinikada qətliam
Silahlı 3 nəfəri öldürəndən sonra intihar edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
Çərşənbə günü ABŞ-ın Oklahoma ştatında klinikaya silahlı hücum nəticəsində dörd nəfər öldürülüb. Bu barədə ştat polisi məlumat verib. Talsa Polis Departamentinin rəis müavini Conatan Bruks ölənlərin sayını təsdiqləyib və bildirib ki, hücum edən özünün açdığı güllə yarasından ölüb.
Ölümcül hücuma nəyin səbəb olduğu bəlli deyil. Bununla belə naməlum silahlı hücum zamanı həm tapançadan, həm də tüfəngdən atəş açıb. Bu barədə Bruks bildirib.
“Hazırda zabitlər binanın hər otağından keçərək əlavə təhdidləri yoxlayır”, – deyə, polis axşam saat 18:00-a qədər “Facebook”da paylaşdığı yazıda qeyd edib.
Bruksun sözlərin görə, polis çağırışa dispetçerlər xəbəri aldıqdan üç dəqiqə sonra cavab verib və bir dəqiqə sonra silahlı şəxslə qarşılaşıb.
Polis kapitanı Riçard Meulenberq də bir neçə nəfərin yaralandığını bildirib.
Polis və xəstəxana rəsmiləri ölənlərin şəxsiyyətini müəyyənləşdirməyə hazır olmadıqlarını bildiriblər.
Spirtli içkilər, Tütün, Odlu silahlar və Partlayıcı maddələr üzrə federal büronun agentləri də hadisə yerində olublar. Bu haqda sözçü məlumat verib.
Prezident Co Bayden hücum barədə məlumatlandırılıb. Ağ Ev vəziyyəti yaxından izləyir və dəstək üçün ştat və yerli rəsmilərlə əlaqə saxlayıb.