vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
DÜNYA  
18:51 | 3 iyun 2022 | Cümə Məqaləyə 827 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın aviaşirkətlərinə qadağa

“Boeing” və “Airbus”lar Çin üzrəindən uça bilməyəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Çin öz hava məkanını Rusiya aviadaşıyıcılarının “Boeing” və “Airbus” təyyarələri üçün bağlayıb. Qadağa onunla izah olunur ki, Çin aviasiya qurumu bütün aviaşirkətlərdən, o cümlədən Rusiya aviaşirkətlərindən təyyarələr, onların sahibləri və texniki xidmət müqavilələri haqqında məlumatları əks etdirən elektron sənədlərini yeniləməyi xahiş edib.

Rusiya aviadaşıyıcıları məlumatı yeniləyiblər, amma Çin hakimiyyəti Rusiya Federasiyası aviaşirkətlərindən istismarlarında olan təyyarələrinin xaricdə rəsmi qeydiyyatdan çıxarılmasının təsdiqlənməsini də istəyib. Təbii ki, sanksiyalar səbəbindən şirkətlər bu sənədləri təqdim edə bilməyiblər və buna görə də Çin hava yollarına cavabdeh qurumlar beynəlxalq qanunlara riayət edərək, bu təyyarələrə ölkənin hava məkanında uçmağı qadağan ediblər. 

İndi rus aviaşirkətləri Çin sərhədlərini yalnız öz istehsalları olan Tu-154 təyyarələri ilə keçə biləcəklər.