vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
13:49 | 6 iyun 2022 | Bazar ertəsi Məqaləyə 641 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünya İran casuslarına daralır

Tailand polisi ETTELAAT agentlərinin izlənilməsi barədə göstəriş verib

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Tailand polisi keçən il İndoneziyada bir İran casusunu müəyyən etdikdən sonra oxşar halları müəyyən etmək üçün ciddi təhlükəsizlik tədbirləri görüb.

Qəzetin yazdığına görə, Taylandın bu addımı İsrail dövlətinin İranın bu ölkə vətəndaşlarına qarşı dünyanın müxtəlif yerlərində sui-qəsd həyata keçirə biləcəyi barədə xəbərdarlığından sonra baş verib. 

Taylandın “Bankok Post” qəzeti iyunun 6-ı səhər saatlarında yaydığı məlumatda taylan polisinin gizli sərəncam verdiyini yazıb.

Sərəncamda Taylandın krallıq polisinin İran casuslarının fəaliyyətlərinin artmasından nigəranlıq duyduğu üçün İrana bağlı şəxslərin ölkə boyu ciddi nəzarətə alınması barədə göstəriş verib.

Polisə yaxın etibarlı qaynaqların verdiyi məlumata görə, Tailand hökuməti bu ölkədə yaşayan iranlıları və müsəlman Tailand vətəndaşlarının hərəkətlərini izləməyə başlayıb.

Qeyd edək ki, bundan öncə İndoneziyada Qasım Sabiri Gilçalan adlı İran casusu həbs edilib və o Malayziya və İndoneziyada İranın xeyrinə casusluq etdiyini etiraf edib.

Gilçalan etiraflarında ticarət şirkəti adı altında çalışdığını, adı çəkilən iki ölkə ilə yanaşı Tailand yaşayan müsəlmanlarla əlaqəyə girdiyini boynuna alıb.