vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
17:54 | 6 iyun 2022 | Bazar ertəsi Məqaləyə 839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Son atışmalarda 6 nəfər ölüb

Bu il ABŞ-da ən azı 240 kütləvi atışma baş verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bazar günü polis Texas, Nyu-York və Oklahoma ştatlarında törədilən qətliamlardan sonra son silahlı zorakılıq halları barədə məlumat verib. Pensilvaniya ştatının Filadelfiya və Tennessi ştatının Çattanuqa şəhərlərində baş verən atışmalarda azı 6 nəfər ölüb, 25-dən çox insan yaralanıb.

Şənbə günü gecə yarısı Filadelfiyanın bar və restoranlarla dolu “South” küçəsində bir neçə nəfər atəş açıb. Rəsmilər iki kişi və bir qadının öldürüldüyünü bildirib.

Müşahidə kamerasının videosunda insanların izdihamlı küçədə panika içində qaçdıqları görüntülər əks olunub. Video görüntü səssiz olub. “Reuters” agentliyi geolokasiyadan istifadə edərək videonu təsdiqləyə bilib.

Filadelfiya polis müfəttişi Peys bildirib ki, atışma zamanı hər həftəsonu olduğu kimi South küçəsində əylənən yüzlərlə insan olub.

Ayrı bir hadisədə Çattanuqa şəhərində bir bar yaxınlığında atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər güllə yarası alıb. Rəsmilər iki nəfərin güllə yarasından öldüyünü, bir nəfərin isə hadisə yerindən qaçarkən avtomobillə toqquşaraq aldığı yaralardan öldüyünü bildirib.

Tennessi rəsmiləri üç nəfərin qaçmağa cəhd edərkən avtomobillərə çırpılaraq yaralandığını, yaralılar arasında bir neçəsinin vəziyyətinin ağır olduğunu əlavə edib.

Hadisələr Nyu-Yorkun Buffalo şəhərində bir ərzaq mağazasında 10, Texas ştatının Uvalde şəhərində ibtidai məktəbdə 21 və Oklahoma ştatının Tulsa şəhərindəki tibb binasında 4 nəfərin ölümü ilə nəticələnən son atışmalardan sonra baş verib. Silah təhlükəsizliyi tərəfdarları ABŞ hökumətini silah zorakılığının qarşısını almaq üçün daha güclü tədbirlər görməyə çağırır.

“Gun Violence Archive” tədqiqat qrupunun məlumatına görə, bu il ABŞ-da ən azı 240 kütləvi atışma baş verib. Tədqiqat qrupu atəş açan şəxs istisna olmaqla, ən azı dörd nəfərin vurulduğu hadisələri kütləvi atışma hesab edir.