250 depozit yeşiyi aparılıb
Xomeyninin ölümünün ildönümündə İranın ən böyük bankında oğurluq olub
CAVİDAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
-
Nyu-York bandası iş başında
Yaxud İranın rejim rəhbərin taktikası ilə maraqları arasında
-
G7-dən İrana qınaq
“Beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”
İyunun 4-də Xomeyninin ölümünün 33-cü ildönümü ilə eyni vaxtda Tehranda İranın ən böyük bankı olan Milli Bankda oğurluq hadisəsi baş verib. Oğrular bankda saxlanılan 250 depozit yeşiyini özləri ilə aparıblar.
İranın dövlət Televiziyası İran Milli Bankının ictimaiyyətlə əlaqələr bölməsinə istinadən xəbəri təsdiq edib və oğurların özlərindən sonra heç bir iz qoymadıqlarını açqlayıb.
Məlumatda oğruların peşəkar olduqları, bankı yaxşı tanıdıqları və bu səbəbdən bütün elektron sistemi kor edə bildikləri, müşahidə kameralarının mərkəzi yaddaş kartını özləri ilə apardıqları qeyd olunub.
Bankın ictimaiyyətlə əlaqələr bölməsi oğurluq həcminin böyük olduğunu bildirsədə, hələlik aparılan vəsaitin dəqiq məbləğinin hesablana bilmədiyini deyib.
İslahatçı qanada yaxınlığı ilə tanınan tanınmış jurnalist və media fəalı Abbas Əbdi oğurluqla bağlı sosial media hesabında paylaşım edib.
“Milli Bankın Universitet şöbəsindən oğurluq adicə qarət deyil. Bununla bağlı başqa ehtimalları nəzərə almaq lazımdır. Bu pul və qızıl oğurlamaqdan daha çox ölkənin milli təhlükəsizliyini hədəf almaqdır”, – deyə, Əbdi “Twitter” hesabında yazıb.