vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
12:26 | 13 iyun 2022 | Bazar ertəsi Məqaləyə 551 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Vaşinqton İranı təcrid etməlidir”

Döndürülmüş 7 milyard Tehrana qaytarılsa, terror təşkilatlarına xərclənəcək

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Konqresinin Nümayəndələr Palatasının üzvü Klaudiya Toni Vaşinqtonu İran xalqının hüquqlarını dəstəkləməyə çağırıb. Hazırkı administrasiyanın xarici siyasətini tənqid edən respublikaçı deputat Klaudiya Toni deyib ki, Vaşinqton İslam Respublikasının xarici siyasət sistemini təcrid etməlidir.

O, bildirib ki, Amerika regiondakı müttəfiqlərini gücləndirməli, Yaxın Şərqdə əlaqələri genişləndirməli və İran rejimini təcrid olunmuş vəziyyətdə saxlamalıdır.

“Biz İran daxilində olan milyonlarla narazını dəstəkləməklə yanaşı xaricdə olan müxalif iranlıların xalqlarının hüquqları və demokratiyanın qurulması uğrunda apardıqları mübarizəyə yardım etməliyik”-deyə, Amerika Nümayəndələr Palatasının üzvü bildirib.

Klaudiya Toni Robert Malinin İranın nüvə danışıqlarına qayıtması ilə bağlı planının yanlış olduğunu, İrana ödəniləcək 7 milyard döndürülmüş vəsaitin Tehran hökuməti tərəfindən terror təşkilatlarının gücləndirilməsinə xərclənəcəyini söyləyib.

Nüvə danışıqlarının bərpası üçün edilən səylərin nəticəsiz olacağını bildirən Nümayəndələr Palatasının üzvü, bunun nə İran xalqına və nədə bölgədə sabitliyin qurulmasına heç bir töhfə verməyəcəyini deyib.

Toni İranın öz qonşu ölkələrinə qarşı düşmənçilik siyasəti yürütdüyünü, girov götürmə və təhdid siyasətini davam etdirdiyini vurğulayıb, bu ölkəyə qarşı hücum siyasətinin vacibliyini bildirib.