vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
09:42 | 16 iyun 2022 | Cümə axşamı Məqaləyə 604 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrana qarşı sanksiyalar artırılacaq

Bağlı qapılar arxasında nüvə müzakirəsi

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

İrana qarşı sanksiyalar artırılacaq. Bu barədə nüfuzlu “Politiko” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Amerika Senatının Xarici Əlaqələr Komitəsi iyunun 15-də Co Bayden administrasiyasının rəsmiləri, o cümlədən Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqorqla bağlı qapılar arxasında görüş keçirəcək nüvə danışıqlarını müzakirə ediblər.

İclasın iştirakçıları bildiriblər ki, Bayden hökumətinin rəsmiləri gizli toplantıda senatorları əmin ediblər ki, lazım gələrsə, Tehranın nüvə proqramına diplomatik yolla getməsinə ümidlər azaldığına görə, Ağ Evin İrana qarşı sanksiyaları daha da güclənəcək.

Məlumatda respublikaçı və demokrat senatorların Co Baydendən İranın nüvə fəaliyyətlərinin qarşısının alınması üçün yeni planlar istəyiblər.

Bayden hökumətinin rəsmiləri senatorları İrana qarşı mövcud sanksiyaların qorunub saxlanacağı barədə məlumatlandırıblar.

Hökumətin İranın nüvə proqramını cilovlamaq planının bir hissəsi kimi daha çox cəza tədbirləri nəzərdən keçirəcəyi ilə bağlı sualı cavablandıran Senatın Xarici Əlaqələr Komitəsinin demokrat sədri Menendez tədbir görəcəyini bildirib.