“Şərait həmişəlik dəyişib”
Nabiullina: “Rusiya bundan sonra iqtisadiyyatı daxili bazara yönəltməlidir”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
Peterburq şəhərində iyunun 15-də açılmış iqtisadi forumda Qərbin iri investorlarından heç kim iştirak etmir. “Agentstvo” agentliyi yazır ki, Rusiya milyarderlərindən bu forumda 6-sı var.
Ötən həftə ABŞ Dövlət Departamenti bəyan etmişdi ki, Birləşmiş Ştatların hökuməti Rusiyada hər il keçirilən bu tədbirdə heç bir şəkildə iştirak etməyəcək.
Dövlət Departamenti başqa ölkələri və onların biznesmenlərini də Peterburq forumunu boykot etməyə çağırmışdı.
Departamentin sözçüsü Ned Prays demişdi: “Biz açıq siqnal göndərməliyik ki, Rusiyanın Ukraynaya hücumu davam etdikcə, daha əvvəlki kimi olmayacaq”.
***
“Agentstvo” bildirir ki, bu forumda sərvəti 1 milyard dollardan çox olan 100 Rusiya biznesmenindən yalnız altısı çıxış edəcək.
Onlardan bəziləri Qərbin sanksiya siyahısına salınıb.
Bu forumun ev sahibliyini edənlərdən biri də Ukrayna separatçısı, qondarma “Donetsk xalq respublikasının” başçısı Denis Puşilindir.
O bugünlərdə Peterburq meri Aleksandr Beqlovala topdan atəş açaraq forumu açıq elan edib.
Puşilin iyunun 16-da deyib ki, Ukraynadakı “xüsusi əməliyyat” ilin sonunadək başa çata bilər.
Rəsmi Moskva Ukraynadakı müharibəni belə adlandırır.
***
İyunun 16-da səhər forumda Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, prezidentin köməkçisi Maksim Oreşkin və iqtisadiyyat naziri Anton Siluanov çıxış ediblər.
Nabiullina çıxışında deyib ki, “Rusiya iqtisadiyyatı üçün şərait uzun müddətə, bəlkə də həmişəlik dəyişib”.
Onun sözlərinə görə Rusiya bundan sonra iqtisadiyyatı daxili bazara yönəltməlidir.
Nabiullinanın sözlərinə görə ölkədə dollar, avro və başqa xarici valyutalardan istifadə qadağan olunmayacaq, valyuta əməliyyatlarına qoyulmuş məhdudiyyətlər qaldırılacaq.
Oreşkin qeyd edib ki, sovet tipli iqtisadiyyata qayıdış olmayacaq və idxalın əvəzlənməsi mütləq səciyyə daşımayacaq.
O habelə bildirib ki, rublun hazırkı yüksək məzənnəsi keçici haldır və Rusiya valyutası üçün ən optimal məzənnə 1 dollara 70-80 rubldur.
İyunun 17-də forumda Rusiya prezidenti Vladimir Putinin çıxış edəcəyi gözlənilir.
Peterburq iqtisadi forumu bu il 25-ci dəfə keçirilir.
Ötənilki forumda transmilli korporasiyaların başçıları, iri Qərb investorları və siyasətçiləri iştirak edirdilər.
Putinin iştirakı ilə keçirilən plenar iclaslara aparıcılığı isə tanınmış Qərb jurnalistləri edirdilər.