vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
11:02 | 25 iyun 2022 | Şənbə Məqaləyə 839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranın daha 3 terror dəstəsi yaxalandı

Casus qrupları İstanbulda israillilərə hücum əməliyyatı zamanı ələ keçiriliblər

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə israillilərə qarşı sui-qəsd həyata keçirməyə çalışan üç ayrı iranlı qrup həbs edilib. Bunu İsrailin təhlükəsizlik xidmətinin yüksək səviyyəli rəsmisi deyib. Mənbənin bildirdiyinə görə, sözügedən iranlı qruplaşmalar ötən həftə İstanbulda israillilərə hücum əməliyyatı zamanı ələ keçiriliblər.

Mənbə qeyd edib ki, İranın göndərdiyi agentlər qrupu hələ də Türkiyədə İsrail vətəndaşlarına zərər vurmağa çalışırlar və İsrail vətəndaşlarına Türkiyəyə səyahət xəbərdarlığı hələ də qüvvədədir. 

Sözügedən mənbənin sözlərinə görə, Türkiyədə artıq təhlükə olmadığı və bu terror qruplarının təhlükəsinin zərərsizləşdirilməsi ilə bağlı dəqiq kəşfiyyat və təhlükəsizlik nəticələri əldə edildikdə, səyahət xəbərdarlığı dərhal ləğv ediləcək və təhlükəsizlik səviyyəsi aşağı salınacaq. 

“İsrailin ötən cümə axşamı vəzifəsindən uzaqlaşdırılan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəhbəri Hüseyn Tayebin bu işə qarışması ilə bağlı təbliğatı onu ciddi səhvlərə yol verməyə sövq etdi”, – deyə, İsrail kəşfiyyat xidmətinin rəsmisi bildirib.

Qeyd edək ki, Türkiyə İsrail hökumətini bu ölkənin vətəndaşlarının səyahət xəbərdarlığını ləğv etməyə çağırıb.

Rəsmi Ankaranın fikrincə, bu, digər ölkələrdən Türkiyəyə gələn turistlərə də mənfi təsir göstərir.