vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
18:11 | 15 mart 2014 | Şənbə Məqaləyə 1369 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Merkel Putini hədələdi

«Rusiya çox ağır zərbə alacaq...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya kansleri Angela Merkel Krımda vəziyyət gərginləşməkdə davam edərsə, Avropanın Rusiyaya «çox böyük iqtisadi və siyasi ziyan vuracağı» barədə xəbərdar edib.

«Amerikanın səsi»nin verdiyi xəbərə görə, Bundestaqda çıxışı zamanı Merkel Moskvanın ünvanına indiyədək ən böyük hədəni dilə gətirib.

Kansler deyib: «Rusiya öz kursunu davam eləsə, bu, təkcə Ukrayna üçün fəlakət olmayacaq, eyni zamanda Avropa Birliyi ilə Moskva arasında münasibətlərə təsir edəcək. Ən əsası, Rusiya çox böyük iqtisadi və siyasi zərbə alacaq».

O, Krımın Kosovo ilə müqayisəsi ilə bağlı Moskvanın iddialarını rədd edib. «Bir şey tam aydın olmalıdır. Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz» - deyə, Merkel bildirib.