vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
22:12 | 17 mart 2014 | Bazar ertəsi Məqaləyə 1297 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna səfirini geri çağırdı

Kiyev bu gün rəsmi qərar verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Rusiyadakı səfiri Vladimir Yelçenkonu Krım böhranı ətrafında siyasi məsləhətləşmələr aparmaq üçün geri çağırır.

Virtualaz.org saytı UNİAN agentliyinə istinadən bildirir ki, qərar rəsmi Kiyev tərəfindən bu gün verilib. Xəbəri Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat mərkəzi yayıb.

Ukrayna XİN bəyan edib ki, «Krım məsələsi ətrafında yaranmış vəziyyətlə və onun beynəlxalq aləmdəki nəticələrini müzakirə etmək zərurəti yaranıb deyə Ukrayna Rusiyadakı səfirini geri çağırır».

Yada salaq ki, dünən Krımın Ukraynadan qoparılıb Rusiyaya birləşdirilməsi məsələsi ilə bağlı referendum keçirilib. Rusiya tərəfi xalqın 96 faizinin Rusiyaya birləşmək ideyasını dəstəklədiyini bəyan edib.