vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:28 | 10 iyul 2022 | Bazar Məqaləyə 815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Gepard”lar üçün əngəl qalmadı

Almaniya bu ay 30 özüyeriyən zenit-raket kompleksi göndərə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya “Gepard” özüyeriyən zenit-artilleriya qurğuları (hava hücumundan müdafiə) üçün sursatların tədarükü ilə bağlı problemi həll edib və artıq bu silah sursatlar Ukraynaya maneəsiz çatdırıla bilər.

Bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb. Almaniya hökuməti hələ yazda silahların tədarükünə söz versə də həmin qurğular üçün sursat çatışmazlığı bu işə mane olub. Almaniyada cəmi 60 min 35 mm-lik mərmi olub ki, bu da açıq şəkildə kifayət deyildi.

Belə sursatları istehsal edən İsveçrə üçüncü ölkələr tərəfindən bu sursatların Ukraynaya ötürülməsinə qarşıdır.

Məlumatda vurğulanır ki, tədarükçü Norveçdə tapıldığından Almaniya iyulda Ukraynaya təxminən 30 ədəd Gepard özüyeriyən zenit-artilleriya qurğusu çatdıra bilər.