vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
19:46 | 12 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 556 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İstanbulda taxıl danışıqları

Moskva və Kiyev nümayəndələri Türkiyədə Ukrayna taxılının ixracını müzakirə edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətləri Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən Ukraynadan taxılın dayandırılan təhlükəsiz ixracı məsələsini müzakirə etmək üçün BMT nümayəndələri ilə görüşəcəklər.

Türkiyənin müdafiə naziri Hulusi Akar iyulun 12-də bildirib ki, görüş iyulun 13-də İstanbulda baş tutacaq.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan iyulun 11-də Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda keçirdiyi telefon danışığında Ukraynadan taxıl ixracını müzakirə edib.

Ukrayna və onun müttəfiqləri Ukraynanın Qara dəniz limanlarının yenidən açılmasına çalışır. Kiyev bu limanların Rusiyanın blokadasına görə bağlandığını bildirir.

Qərb ölkələri taxılın, xüsusən də əhalisini təmin etmək üçün Ukrayna taxılından asılı olan Yaxın Şərq və Afrika ölkələrinə daşınmasına imkan vermək üçün limanların yenidən açılması ilə bağlı tələblərini gücləndirib.

Ərdoğan Putinə BMT-nin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlər yaratmaq planı ilə bağlı hərəkətə keçməyin vaxtının çatdığını deyib.

Anadolu dövlət xəbər agentliyinin hökumətin ictimai əlaqələr ofisindən verilən açıqlamasına istinadən bildirdiyinə görə, Ərdoğan müharibənin dayandırılması üçün davamlı və ədalətli sülhə ehtiyac olduğunu bir daha təkrarlayıb.

Zelenski “Twitter” səhifəsində Ərdoğanın taxıl ixracının bərpasında göstərdiyi yardımı yüksək qiymətləndirdiyini bildirib və əlavə edib ki, Rusiyanın işğal olunmuş bölgələrdən Ukrayna taxılını çıxarmasına son qoyulmalıdır.