vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DÜNYA  
11:29 | 15 iyul 2022 | Cümə Məqaləyə 679 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rajapaksa istefa verib

Şri-Lanka prezidenti 3 gündə 3 ölkə dəyişib

MÖVZU İLƏ ƏLAQƏLİ

Şri-Lanka parlamentinin spikeri iyulun 15-i səhər deyib ki, Prezident Gotabaya Rajapaksa bir gün öncə axşam xaricdən istefasını rəsmən təqdim edib. Ölkədə bir neçə aydır iqtisadi problemlərə qarşı etirazlar keçirilirdi.

Paytaxt Kolomboda etirazçılar bundan öncə hökumət binalarından çıxmağa razılaşıblar. Parlamentin spikeri Mahinda Yapa Abeyvardena ilə danışıqlar aparılıb.

İyulun 20-də qanunverici orqanın Rajapaksanın 2024-cü ildə bitəcək prezidentlik müddətini tamamlamaq üçün yeni prezident seçəcəyi gözlənir.

Şri-Lankda gərginlik hələ də qalır, hökumət fövqəladə vəziyyət elan edib.

Parlamentin, digər hökumət binalarının ətrafında xeyli hərbçinin olduğu xəbər verilir.

Rajapaksa iyulun 13-də istefa vermədən ölkədən qaçıb. O əvvəlcə Maldivə, daha sonra Sinqapura gedib. Sinqapurda istefa ərizəsini Şri-Lanka Ali Komissiyasına təqdim edib. Rajapaksa daha sonra Səudiyyə Ərəbistanının maliyyə paytaxtı Ciddəyə gedib.

Ötən həftəsonu ölkədə kütləvi etirazlar başlanıb, nümayişçilər rəsmi binaları, o cümlədən prezident sarayını tutub.

Prezidentin səlahiyyətini icra edən Baş nazir Ranil Vikremesinq də parlamentə istefa verəcəyini deyib.

Etirazçılar prezidenti uzunmüddətli korrupsiyada, iqtisadiyyatı düzgün idarə etməməkdə suçlayır. O isə ittihamları rədd edir.