Şri-Lankanın durumu
Çin borcu ödəməyən dövlətləri necə cəzalandırır?
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
“Bu hadisə Çini yavaşladacaq”
Peyk görüntüləri Pekinin nüvə sirrini açıb
-
Tokiodan Pekinə tarixi hədə-qorxu
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
Çindən ballistik raket hədəsi
Sakit okean hövzəsində gərginlik yüksəlir
-
... 9 ABŞ şirkətinə sanksiya
Tayvana silah satışına görə...
-
20 ildir ailəsini görmürdü
Çin 2006-cı ildən həbsdə olan amerikalı keşişi azad edib
-
75 ilin ən güclüsü
Bebinca tayfunu 25 milyonluq şəhəri iflic edib
-
Çin Bebincanı qarşılamağa hazırlaşır
Qasırğası səbəbindən Şanxayda 9 min 318 nəfər təxliyə edilib
-
İşsizlik və daşınmaz əmlakda geriləmə
Daxili tələbdəki zəifliyin Çin iqtisadiyyatına mənfi təsiri davam edir
-
Çinə qarşı qiymət artımı dəqiqləşdi
ABŞ-ın beş ay əvvəl verdiyi qərar iki həftə sonra qüvvəyə minəcək
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Yağı” qurbanları 143-ə çatdı
Daşqınlarla bağlı Vyetnamın Çindən tələbi olub
Çinin maliyyə resursları tükənməzdir. Pekin bir çox halda ondan borc və kredit istəyənləri boş geri qaytarmır. İlk baxışdan bu, Çindən borc və kredit istəyən dövlətlər üçün cəlbedici görünür, ancaq həmin ölkələr sonrakı proseslərdə ciddi itkilərlə üzləşirlər. Borc qaytarıla bilmədikdə strateji müəssisələr Çinin nəzarətinə keçir.
Şri-Lanka 22 milyon əhalisi olan ada dövlətidir. Uzun illər bu ölkədə terror tüğyan edib, minlərlə günahsız insan həlak olub. Şri-Lankada terrorun kökü kəsiləndən sonra yerli hökumət iqtisadi problemlərin həllinə girişib.
Hazırda Şri-Lankada vəziyyət yenidən ağırlaşıb. Hökumət istefaya göndərilib. Küçələrdə etiraz edən insanlar prezidentin də istefasını tələb ediblər. Çünki ölkədə inflyasiya artıb, insanların alıcılıq qabiliyyəti azalıb, evlərə elektrik verilməsində ciddi problemlər yaranıb. Pandemiya Şri-Lankanın keçmişdə gəlirli olan turizm sektorunu da çökdürüb. Belə vəziyyətdə Şri-Lanka qonşu ölkələrdən kredit almaq məcburiyyətində qalıb. Hindistan 1 milyard dollar kredit verib. Ancaq bu kredit Şri-Lankanın xarici borcları ödəməyə kifayət etməyib.
Şri-Lankanın ən böyük borcu Çinədir. Borcun miqdarı 8 milyard dollardır. Pekin illər boyu bu ada dövlətinə müxtəlif kreditlər verib. Hazırda ada dövləti Çinə olan borcunu qaytara bilmir. Ölkənin ümumi borcu isə 81 milyard dollara çatıb. Ölkənin valyuta ehtiyatı cəmi 2 milyard dollardır, təkcə bu il kreditlər üzrə 7 milyard dollar borc qaytarılmalıdır. Çin artıq Şri-Lankaya kömək etmək istəmir. Şri-Lanka rəsmilərinin çinli həmkarlarıyla görüşləri və xahişləri də nəticə verməyib. Şri-Lankanın Çinə borcu qaytara bilməməsi ada dövlətini Pekindən asılı vəziyyətə salacaq. Pekinin məqsədi də elə budur. Çin “Böyük İpək Yolu” layihəsi vasitəsilə müxtəlif dövlətlərə, o cümlədən Şri-Lankaya borc verib, ada dövlətinin limanlarına kreditlər ayrılıb. Şri-Lanka borcu ödəyə bilməsə, strateji limanlar Çinin nəzarətinə keçəcək.
Çin son illərdə bölgənin digər ölkələri - Myanmaya, Malayziyaya və Nepala da kifayət qədər borc verib. Bu ölkələrdə də iqtisadi vəziyyət qənaətbəxş deyil. Ekspertlər bu ölkələrin də Şri-Lanka kimi borc bataqlığına girərək Pekindən asılı vəziyyətə düşəcəyi qənaətindədirlər.