vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MƏMLƏKƏT  
12:59 | 27 noyabr 2022 | Bazar Məqaləyə 13735 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dərə xəlvət olanda ...

... Yaxud “Muxtarlıq”ın xanədanı

İlqar ALTAY

MÖVZU İLƏ ƏLAQƏLİ

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi, və ödənişləri şöbəsi rəisi Mənsur Əsədova CM.179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə (təqsirlındiriən şəxs) ittiham verilib. Və əməliyyat, ittiham yəqin ki, faktlı, əsaslı olar.

Və ittihama görə Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında, 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Bunlar rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar. Cinayət təqibi ilə əlavə xüsusatlar dəqiqləşdirilir.

Bu, 132 milyon manat bu komitənin bir şöbəsi üzrə aşkar edilən mənimsəmə faktıdır. Və belə mənimsəmə, yeyinti haradan ya kimdən edilib? Təbii ki, sahibkarın cibindən, dövlət büdcəsinə çatacaq vergidən, xalqa dəyən bahalaşmadan.

Görün indi bu Komitənin digər şöbələri, yuxarı rəhbərliyi, Naxçıvanın digər çoxsaylı komitələri, nazirlikləri və strukturları xalqa və dövlətə qarşı nələr törədirmiş! Və təsəvvür edək, cəmisi bir iri rayonun əhalisi qədər olan Naxçıvan camaatı bu qədər hədsiz çox inzibati-bürokratık aparat hakimliyi altında nələr çəkir. Həm də ki, bu cür Bakı-mərkəzdən uzaq, “dərə xəlvət nə... bəyin” şəraitinə düşmüş insafsız, fürsətcil yaramazların hökmranlığında.

Əyani düşünək ki, təxmini, bu sayda əhali olan Lənkəran, Şəmkir, ya, digər rayonlarda “muxtar dövlət, respublika” statusu ilə, belə bir nəhəng hakim sistem cəmləşərsə, bu rayon inləməzmi? Oradakı “muxtar dövlət” adlı inzibati bürokratik sistem əhalinin şikayətini Bakıya çatmağa qoyarmı?

Belə yüksək “muxtarlıqda”, dövlətçiliyə təhlükə və qaçaqmalçılıq, casusluq halları da az olmur!

Ona görə də bir daha qeyd edirəm ki, islahatla, Naxçıvanın inzibati statusu və idarəçilik sistemi sadələşdirilməli, bütün yerli dövlət orqanları da birbaşa mərkəzə Bakı-paytaxta birləşməlidirlər.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)