vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜƏLLİF  
01:49 | 9 dekabr 2017 | Şənbə Məqaləyə 50280 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Utanıram deməyə, …

Şekspir: «Həyat bir səhnə, insanlarsa aktyordurlar»

Salam SARVAN

Utanıram deməyə, amma yalan danışmaq özlüyündə çox çətin məsələ. Beyinin müəyyən sahəsində iki əməliyyatı eyni vaxtda aparmaq lazım: həmin anda çölə çıxmağa hazır həqiqəti gizlətmək və «yeni həqiqət» yaratmaq.

Adamları bu boyda enerji alan əziyyətə qatlaşmağa məcbur edən də elə o həqiqətdir ki, yalansız yaşamaq, sadəcə, qeyri-mümkün.

Şekspir «həyat bir səhnə, insanlarsa aktyordurlar» deyəndə yadından çıxıb bunun ardını da demək ki, insanlar yaxşı aktyor deyillər. Həyatın bayağılığı da məhz orasındadır ki, bizim öz rollarımızın öhdəsindən gəlmək istedadımız yoxdur. Yalançı «yalançı» roluna, yaltaq «yaltaq» roluna, namərd «namərd» roluna, lotu «lotu» roluna düz-əməlli girə bilmir.

Hə e, hə, məhz öz rollarımızın ifasında buraxdığımız quşlara görə bir-birimizin səhnədə deyil, həyatda olduğunu asanlıqla tuta bilirik.

Utanıram deməyə, amma bütün sarsıntılarımızın səbəbi məhz bunda.

Axxx, nə gözəl olardı həyatı bir səhnə kimi yaşamaq, ətrafdakıları bir tamaşa kimi izləmək. Məsələn, sifətdən-sifətə düşə bilməyənlərə, roldan-rola girə bilməyənlər kimi qınaqla baxmaq. Məsələn, evlərin yıxılmasını dekorasiyanın dəyişdirilməsi kimi ləzzətli bir maraqla qəbul eləmək. Məsələn, sənə edilmiş pisliklərin səhnədə məharətlə oynanılmış bir süjet xətti olduğunu bildiyindən bundan olmazın bir həzz almaq.

Utanıram deməyə, amma alınmır. Adamlar öz rollarını məharətlə, talantla oynaya bilmədiklərindən hər şey həyatdakı kimi qarşımıza çıxır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)